Bu gün qar yağacaq

İstirahət günü ölkə ərazisində soyuq hava şəraiti hökm sürəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, dekabrın 7-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək, bəzi yerlərdə yağıntılı olacağı ehtimalı var. Cənub-qərb küləyinin güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 2-4 dərəcəyə, gündüz 6-9 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında dekabrın 7-də arabir yağış yağacaq. Dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 5-10, bəzi yerlərdə 15 dərəcə şaxta, gündüz 2-6 dərəcə isti olacağı gözlənilir.
Gözlənilən hava ilə bağlı xəbərdarlıq yayılıb. Xəbərdarlıqda deyilir ki, dekabrın 6-7-də ölkə ərazisində güclü küləkli hava şəraiti gözlənilir. Dekabrın 6-da əsən güclü şimal-qərb küləyi dekabrın 7-si gündüz güclü cənub-qərb küləyi ilə əvəz olunacaq.
Abşeron yarımadasında atmosfer təzyiqinin kəskin tərəddüdü, güclü şimal-qərb küləyinin güclü cənub-qərb küləyi ilə əvəz olunması meteohəssas insanlar üçün əlverişsizdir.
Fidan
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA












