Bu gün Ümumdünya İnformasiya İdarəetmə Günü qeyd olunur

Bu gün – fevralın 20-si Qlobal İnformasiya İdarəetmə Günüdür (GIGD).
Avtosfer.az xəbər verir ki, hər il fevral ayının üçüncü cümə axşamı qeyd olunan Ümumdünya İnformasiya İdarəetmə Günü 1992-ci ildə Beynəlxalq İnformasiya Forumunun qərarı ilə təsis edilmiş daha bir bayram – hər il noyabrın 26-da qeyd olunan Ümumdünya İnformasiya Günü ilə sıx bağlıdır. Beləliklə, noyabr bayramı məhz informasiyaya həsr olunub və onun müasir dünyada əhəmiyyətini vurğulamaq, yaşadığımız dövrün “informasiya əsri” adlandırıldığını xatırlatmaq məqsədi daşıyır. Ümumdünya İnformasiya İdarəetmə Gününün əsas məqsədi ictimaiyyəti informasiya idarəçiliyi haqqında məlumatlandırmaqdır.
Ən çox “informasiyanın idarə edilməsi” kimi tərcümə olunan informasiya idarəçiliyi termini korporativ məlumatların yaradılması, yayılması, mühafizəsi, istifadəsi və silinməsi sahəsində arzuolunan davranışın inkişafını nəzərdə tutur.
Ümumdünya İnformasiya İdarəetmə Gününü qeyd etmək təşəbbüsü bazar analitikləri və marketoloqlar Qart Landers, Tamir Siqal və Barklay T. Bleyrə məxsusdur. 2010-cu ildə “informasiyanın idarə edilməsi” adlı yeni sənaye termini təşkilatlara öz fəaliyyətini yaxşılaşdırmaq və korporativ riskləri müəyyənləşdirmək, təhlil etmək və onlara cavab vermək üzrə köməklik məqsədilə bir yol təsvir etmək üçün ortaya çıxıb. Onun dövriyyəyə buraxılmasının təşəbbüskarı İsveçrənin RSD şirkətinin baş marketinq meneceri Tamir Siqal olub.
İnformasiya idarəçiliyi təşkilatın müxtəlif şəxslər, şöbələr və maraqlı tərəflər arasında məlumatı idarə etmək və ötürmək üçün qəbul etdiyi prosedurları və təlimatları əhatə edir, həmçinin onun istehsal etdiyi məlumat üzərində nəzarət səviyyəsinə diqqət yetirir.
Bundan əlavə, məlumat menecmenti təşkilatın məlumatı müxtəlif alıcılar ilə necə paylaşması və onlara çatdırması ilə də məşğul olur. Buraya rəqəmsal və ya fiziki məlumat kimi format və kompüterlər, serverlər, veb-saytlar, sosial media, mobil cihazlar və proqramlar da daxil olmaqla media aid olunur.
İnformasiyanın idarə edilməsi yeniliklərin işlənməsi, təhlili ilə məlumatların yaradılması və toplanması ilə başlayır, daha yeni məlumatlar mövcud olduqda saxlanılır, paylaşılır və arxivləşdirilir.
Bu proses təhlükəsizlik, məxfilik, qiymət və saxlama məhdudiyyətləri daxil olmaqla müxtəlif səbəblərdən məlumatın məhv edilməsi ilə başa çatır.
ABŞ-da fevral ayı İnformasiya İdarəetmə Ayı elan edilib və onun həyata keçirilməsi Amerika Səhiyyə İnformasiya İdarəetmə Assosiasiyası tərəfindən əlaqələndirilir. Bu təşkilat yüksəkkeyfiyyətli səhiyyə xidmətləri təmin etmək üçün zəruri olan tibbi qeydlərin və məlumatların effektiv idarə edilməsi sahəsində ixtisaslaşıb.
Ümumdünya İnformasiya İdarəetmə Günü müasir dünyada informasiya idarəçiliyinin əhəmiyyətinə diqqəti cəlb etmək və onun əsas prinsipləri haqqında məlumatlılığı artırmaq məqsədilə təsis edilib. Bu günə həsr olunmuş tədbirlər informasiya idarəçiliyi üzrə ixtisaslaşmış bir neçə təşkilat tərəfindən əlaqələndirilir. Bu fəaliyyətlərə media kampaniyaları, müzakirələr, təlimlər və seminarlar daxildir.
FHN-də 2 nazir müavininin işdən çıxarılması - Təsdiqləndi
Təlim, yoxsa təhlükə? - Yollarda yeni problem
Piyada təhlükəsizliyi ilə bağlı yeni standart: Nə dəyişəcək?
Xəbərdarlıq edildi: SABAH DİQQƏTLİ OLUN
Bakıda bu ərazidə işıqforlar işləmir - VİDEO
Azərbaycanda qar yağacaq, duman olacaq - PROQNOZ
Bakıda yeni metrostansiya bu əraziləri əhatə edəcək - Bəs stansiyanın adı nə olacaq? - AÇIQLAMA
Bu gün avtomobil yolları işçilərinin peşə bayramı günüdür
Yüklə dolu maşınlar Bakı Beynəlxalq Dəniz Ticarət Limanında qalıb - Sürücülərdən şikayət - VİDEO
Azərbaycanda zəlzələ olub – FOTO
Ramazan ayının dördüncü günün duası - İmsak və iftar vaxtı








