Bu gün yeni qatarlarla bağlı yekun qərar veriləcək

Bu gün yeni qatarların Bakı Metropolitenində tam istifadəyə verilməsi ilə bağlı yekun qərar veriləcək. Avtosfer.az xəbər verir ki, bu barədə trend-ə "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib.
Şöbə rəisinin sözlərinə görə, yeni qatarların bir neçə gündür xətlərə buraxılmasına baxmayaraq, onlardan sınaq mərhələsində olduğu üçün digər qatarlara nisbətən tam rejimlə istifadə edilmir: "Əgər müsbət rəy verilsə, qatarlar elə bu gündən etibarən xəttə tam gücü ilə buraxılacaq. Yeni qatarların köhnələrdən üstünlüyü ondadır ki, onlarda kondisioner var".
Qeyd edək, Bakı Metropoliteninin sifarişi ilə Fransanın "Alstom" şirkətinin istehsalı olan 3 yeni qatar aprel ayında Bakıya gətirilib. Ötən həftə isə sınaq üçün xətlərə buraxılıb.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












