Bu gündən Türkiyəyə səfər edənlər “sağlamlıq kodu” təqdim etməlidir

Türkiyə hökumətinin “sağlamlıq kodu”nu (HES code) almaq üçün respublikaya girən bütün sərnişinlərdən elektron sorğu anketləri doldurması tələbi bu gündən qüvvəyə minib.
Bu barədə Türkiyə Səhiyyə Nazirliyinin nümayəndəsi TASS-a bildirib.
“Bəli, bu gündən etibarən ölkəmizə gələn bütün sərnişinlər girişdən 72 saat əvvəldən çox olmamaq şərti ilə saytdakı formanı doldurmalıdır. Bundan sonra onlara avtomatik olaraq fərdi HES-kod veriləcək”, - deyə agentliyin həmsöhbəti vurğulayıb.
Bundan əvvəl qurumdan bildirilmişdi ki, bu kodun köməyi ilə Türkiyə Səhiyyə Nazirliyinin əməkdaşları səfər zamanı COVID-19 xəstələri ilə əlaqə qurduqları müəyyən edilən şəxsləri tapa biləcəklər.
“Uçuş üçün qeydiyyatdan keçərkən sərnişinlər doldurulmuş formanı elektron və ya çap edilmiş formada aviaşirkətin təmsilçisinə təqdim etməlidirlər. Bu forma Türkiyə sərhədində də yoxlanıla bilər. Forma ümumiyyətlə doldurulmadıqda və ya yanlış məlumatlar olarsa, qanuni və inzibati sanksiyalar tətbiq edilə bilər. Həmçinin Türkiyəyə girişiniz də qadağan edilə bilər”, - deyə nazirlikdən bildirilib.
Hazırda HES-kod Türkiyədə daimi yaşayan bütün insanlar tərəfindən istifadə olunur. Sənəd ticarət mərkəzlərini və bir sıra dövlət qurumlarını gəzərkən təqdim edilməlidir. Bundan əlavə, İstanbul rəhbərliyi 15 mart tarixindən etibarən sakinləri kafe, bərbər, hamam, spa, toy salonu, teatr və fitness mərkəzlərinə gedərkən “sağlamlıq kodları” vermələri tələbini irəli sürüb.
Bu yollarda tıxac var - FOTO
Leyla Əliyeva və Arzu Əliyeva klassik avtomobillərin yürüşü və sərgisini izləyiblər - FOTO
Hikmət Hacıyev: "Hər ailənin yaxınlarının taleyini bilmək hüququ var"
11 aylıq sınağın ilk iki həftəsi: Onlayn iş və dərs TƏKLİFİ - FOTO
Metroda sıxlıq zamanı hansı tədbirlər görüləcək? - Sentyabr ayından...
Azərbaycanlıların da olduğu gəmiyə dron hücumu - VİDEO
Sumqayıtın mərkəzi küçəsində vəziyyət; yolda çuxurlar var, amma xətləmə işi görülüb - FOTO
Akkumulyatoru tədricən dağıdan avqust istisi
Moskva səfirliyimiz qarşısındakı təxribata niyə göz yumuldu? – Politoloq AÇIQLADI
Bakıda “klyokların rəqsi” - VİDEO
Qarpızı barmaqla deşmək trendə çevrildi – “Güc nümayişi”, yoxsa nemət israfı? – VİDEO










