Bu günə olan bütün Bakı-İstanbul aviareysləri təxirə salınıb

Türkiyədə hökm sürən sərt hava şəraiti səbəbindən Bakıdan İstanbula yerinə yetirilən bütün aviareyslər təxirə salınıb. “Azərbaycan Hava Yolları” QSC-dən (AZAL) verilən məlumata görə, bu gün Bakıdan İstanbulun Atatürk hava limanına 09:45 və 17:15 radələrində həyata keçirilməsi nəzərdə tutulan aviareyslər təxirə salınıb. “APA-Economics” Türkiyənin “Anadolu” agentliyinə istinadən xəbər verir ki, “Türk Hava Yolları” (THY) aviaşirkəti İstanbulda hava şəraitinin kəskin pisləşməsi ilə əlaqədar 800 daxili və beynəlxalq aviareysi ləğv edib.
Şiddətli qar İstanbulda yolların buz bağlanmasına səbəb olub və Atatürk hava limanının işini iflic edib.
Bir sıra ərazilərdə qar örtüyünün hündürlüyü 60 santimetrə çatıb. Kommunal xidmətlər yolları təmizləməyə çalışsalar da, bir çox yollarda tıxaclar yaranıb, ictimai nəqliyyatın fəaliyyəti qismən dayandırılıb.
Qeyd edək ki, təxirə salınan aviareyslərin 6500-ə yaxın sərnişini otellərdə yerləşdirilib, 15 minə yaxın sərnişinə isə hava limanı daxilində xidmət göstərilir.
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA












