Bu il 40 min piyada cərimələnib

Paytaxtda yolun təyin olunmayan hissəsindən keçən piyadaların avtomobillərlə vurulmasının qarşısının alınması istiqamətində ilin əvvəlindən indiyədək 40 minə yaxın piyada saxlanılaraq inzibati məsuliyyətə cəlb edilib. Bunu SalamNews-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) şöbə rəisi Vaqif Əsədov deyib. O bildirib ki, əgər ötən il Bakı şəhərində baş verən yol nəqliyyat hadisələrində piyadaların vurulması ümumi hadisələrin 53 faizini təşkil edirdisə, hazırda bu rəqəm 45 faizə enib. Səbəb odur ki, gündəlik piyadaların məsuliyyətə cəlb edilməsi küçə və yollarda təhlükəsiz davranış vərdişlərinin aşılanmasına təsir göstərir. Bundan sonra da analoji tədbirlər davam etdiriləcək. Hədəf qəzaların sayını minumuma endirmək və insan itkisinin qarşısını almaqdır.
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO












