Bu il Azərbaycana hava nəqliyyatı ilə sərnişindaşıma artıb

Bu ilin yanvar-may aylarında Azərbaycana hava nəqliyyatı ilə 1 milyon 227 min 238 nəfər sərnişin daşınıb. Avtosfer.az Dövlət Turizm Agentliyinin hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 40 % çoxdur.
5 ayda Azərbaycana 347 min 326 sərnişin daşınmaqla Rusiya ilk yeri tutur. Bu da, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 33,4 % artım deməkdir.
Təkcə may ayında Azərbaycana 300 min 586 sərnişin daşınıb. Bu, ötən ilin eyni ayı ilə müqayisədə 38,1 % çoxdur. Mayda Rusiyadan 83 min 821 sərnişin daşınıb ki, bu da ötən ilin may ayı ilə müqayisədə 21,7 % çoxdur.
Qeyd edək ki, bu ilin yanvar-may aylarında Rusiyadan sonra ən çox Azərbaycana Türkiyədən sərnişin daşınıb. Bu ölkədən 287 min 331 nəfər sərnişin səfər edib ki, bu da illik müqayisədə 23,2 % çoxdur.
İlk üçlüyə Birləşmiş Ərəb Əmirlikləri 173 min 628 sərnişinlə (+47,9 %) daxil olub.
Prezidentlər Birgə Bəyanat qəbul etdilər - FOTOLAR
Dövlət qulluğu imtahanı ilə bağlı nələr dəyişəcək? – RƏSMİ AÇIQLAMA
Güclü yağışlardan sonra sürüşmə təhlükəsi: Riskli ərazilərə kim nəzarət etməlidir? - AÇIQLAMA
2026-cı ilin 9 ayında büdcədə yaranan profisiti növbəti ilin kəsrinə yatırmaq olar? - RƏY
Magistralların kəsişdiyi nöqtə: Xırdalan dairəsində niyə tıxac yaranır? – ARAŞDIRMA
Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi - FOTOLAR
Tıxac olan yolların SİYAHISI
İlham Əliyevin Vyetnama rəsmi səfəri ilə bağlı VİDEOÇARX - VİDEO
İndiyədək neçə avtomobil utilizasiyaya verilib? - AÇIQLAMA
İlham Əliyev Vyetnama rəsmi səfərə gedib - FOTO
Azərbaycanda 21 yeni peşə məktəbi hansı ərazilərdə tikiləcək? – AÇIQLAMA












