Bu il Bakı Limanında ümumi yükaşırmanın həcmi 3.2 milyon tondan çox olub

Bu ilin ilk 8 ayı ərzində mumi yükaşırmanın həcmi 3.2 milyon tondan çox olmuşdur ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 18.5% çoxdur.
Bunu Bakı Limanının Baş direktoru Taleh Ziyadov “Blue Dot Network”un təşəbbüsü və Xəzər regionunda əməkdaşlıq perspektivlərinə həsr olunan vebinarda bildirib.
O, öz çıxışında Avropa və Asiya arasında ən təhlükəsiz və eyni zamanda da qısa yol olan Orta Dəhlizin (Middle Corridor) vacibliyini çatdırıb:
"Mövcud pandemiya zamanı dünya logistika xəritəsində məhz bu dəhlizin qlobal səviyyədə əhəmiyyəti artıb. Bir çox digər dəhlizlərində müxtəlif məhdudiyyətlər tətbiq olunsa da, yüklərin daşınması zamanı məhz Orta Dəhlizin Avropa ilə Çin arasında ən etibarlı yoldur. Bunun bariz nümunəsi olaraq bu ilin ilk 8 ayı ərzində statistik göstərcilərdəki artımı göstərmək olar. Belə ki, ümumi yükaşırmanın həcmi 3.2 milyon tondan çox olmuşdur ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 18.5% çoxdur.”
Tədbir iştirakçılarına COVID-19 pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində limanda görülən işlər barədə də ətraflı məlumat verən T.Ziyadov bildirib ki, liman sərt karantin rejimində belə məhdudiyyətsiz və tam gücü ilə fəaliyyətini davam etdirir. Əməkdaşların və liman istifadəçilərinin sağlamlığının ən vacib amillərdən biri olduğunu vurğulayan Baş direktor Bakı Limanına gələn TIR sürücülərinin, həm “Qırmızı Körpü” sərhəd buraxılış məntəqəsində, həm də Ələt qəsəbəsində yerləşən Bakı Limanında test olunduğunu qeyd edib. (Trend)
İki ölkənin nümayəndələri Zəngəzur dəhlizinə baxış keçirdi: YENİLİKLƏR AÇIQLANDI
Prezidentin Qırğızıstana işgüzar səfəri başa çatıb - FOTO
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Bişkekdə keçirilən görüşlər Azərbaycanın siyasi tarixi üçün niyə əhəmiyyətlidir? - AÇIQLAMA
ŞƏT-lə dialoq tərəfdaşı rolunda əməkdaşlıq Azərbaycana nə vəd edir? - DEPUTAT
Yeni tədris ilində tıxac əvvəlki illərdən daha çox artacaq - MÜTƏXƏSSİS
İşıq dirəkləri olan küçə qaranlığa qərq olub: Sürücülər və piyadalar təhlükədədir - VİDEO
Taksidə kondisionerə görə əlavə pul tələb edilə bilər? – AÇIQLAMA – VİDEO
Azərbaycanın hava məkanı Ermənistanı geridə qoydu – Ekspert rəqəmləri AÇIQLADI
Əliyevlə Paşinyanın görüşündən kadrarxası görüntülər - VİDEO
Bişkekdə Azərbaycan və Belarus prezidentlərinin görüşü olub - FOTO










