Bu il BTQ dəmir yolu xətti tam istismara verilə bilər - ADY

Bu il Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti tam istismara verilə bilər.
Avtosfer.az xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) sədrinin müşaviri Emil Məmmədov Bakıda keçirilən "Xəzər və Mərkəzi Asiya neft ticari-nəqliyyat Forumu"nda bildirib.
"Ötən il ADY dəmir yolu xəttində əsaslı yenidənqurma işləri aparıb və müvafiq olaraq terminal imkanlarını genişləndirib. Bu gün dəhliz fəaliyyət göstərir, marşrut işləyir. Biz hazırda quru yükün cəlb edilməsi üzərində işləyirik, bütün bu proseslər gedir və həcm müvafiq olaraq artır", - o vurğulayıb.
ADY rəsmisinin sözlərinə görə, BTQ vasitəsilə neft məhsullarının nəqli onun tam istismara verilməsi ilə bağlıdır:
"Bu gün demək olar ki, bu proses təxminən 95 % tamamlanıb və biz son ştrixlər üzərində işləyirik. Doğrudur, dəqiq tarix demək mənim üçün çətin olacaq. Amma düşünürəm ki, bu, maksimum bu ilin məsələsidir".
E.Məmmədov vurğulayıb ki, dəmir yolu xətti tam istismara verildikdən sonra ora 2026-cı ildən müxtəlif növ yüklər normal şəkildə cəlb edilə biləcək:
"Neft məhsulları ilə bağlı yüklər nomenklaturaya görə təhlükəli yüklər hesab olunur. Onların marşruta cəlb edilməsi tam hazırlıq tələb edir. Biz əmin olmalıyıq ki, bu yükü qəbul etməyə və BTQ vasitəsilə daşımağa hazırıq".
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA
Bakıda kütləvi tədbirlər zamanı ictimai nəqliyyat necə təşkil olunmalıdır? – EKSPERT












