Bu il yollarımızda 951 nəfər can verib

Bu ilin 10 ayı ərzində Azərbaycanda 2212 yol nəqliyyat hadisəsi baş verib. Nəticədə 951 nəfər ölüb, 2227 nəfər isə yaralanıb. Bu barədə Avtosfer.az-a Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik Kamran Əliyev məlumat verib. Onun sözlərinə görə, təkcə oktyabr ayı ərzində ölkə üzrə 253 yol qəzası qeydə alınıb ki, bu qəzalar 106 nəfərin ölümü, 234 nəfərin isə yaralanması ilə nəticələnib. 10 ay ərzində Bakı şəhəri ərazisində baş vermiş 761 yol nəqliyyat hadissəsində 266 ölüm, 744 xəsarət faktı qeydə alınıb.
Respublika üzrə yol qəzalarının 34,4 faizi (761) toqquşma hadisələri olub ki, nəticədə 324 nəfər ölüb, 1025 nəfər yaralanıb. Nəqliyyat vasitələrinin aşması 12,6, maneəyə vurulması 10,8 faiz təşkil edib. Ümumi yol qəzaları arasında piyadvurma hadisələri üstünlük təşkil edib - 37,3 faiz. 826 piyadavurma faktı 313 nəfərin ölümü, 581 nəfərin isə yaralanması ilə nəticələnib. 10 ay ərzində yollarımızda 25 velisipedçi vurulub ki, nəticədə 8 nəfər ölüb, 17 nəfər yaralanıb. Heyvanların vurulması faktı isə 9 olub. Nəticədə 3 nəfər ölüb, 9 nəfər yaralanıb. Nəqliyyat vasitəsindən 7 sərnişin yıxılıb ki, bu da 4 nəfərin ölümü, 3 nəfərin yaralanması ilə nəticələnib.
Avtobusların iştirakı ilə baş vermiş yol qəzalarının sayı 70 olub. Nəticədə 32 nəfər ölüb, 75 nəfər yaralanıb. Yük avtomobilləri tərəfindən 128 qəza törədilib, 54 nəfər ölüb, 132 nəfər yaralanıb. Ötmə qaydalarını pozanların və qarşı zolağa çıxanların törətdiyi qəzaların sayı 715 olub ki, bu da 286 nəfərin ölümü, 854 nəfərin isə yaralanması ilə nəticələnib. Sürət həddinin aşılmasına görə 637 qəzada 330 nəfər ölüb, 517 nəfər yaralanıb. Sərnişindaşıma qaydalarının pozulması nəticəsində baş vermiş 7 qəzada 4 nəfər ölüb, 4 nəfər yaralanıb.
Elməddin
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA












