Bu istiqamətlərdə aviareyslərin yenidən bərpası gözlənilir

Tallinn hava limanı hökumətin bu günə qədər hava nəqliyyatına dair qüvvədə olan sərt məhdudiyyətlərinin əhəmiyyətli dərəcədə yumşaldılması barədə qərarını alqışlayır və tezliklə Amsterdam, Vyana, Oslo və Stokholm istiqamətində reyslərin yenidən bərpa olunacağına ümid edir.
Bu sözləri Tallinn hava limanının Ticarət işləri üzrə direktoru Eero Pyarqmyae deyib.
O bildirib ki, şirkət, eyni zamanda, Tallindən Moskva, Minsk, Kiyev və İstanbul istiqamətində həyata keçirilən uçuşlarla bağlı hələlik konkret məlumatlara sahib deyil.
“İnsanlar artıq rahat şəkildə bilet ala bilərlər. Əgər onlar iş və ya ailə məsələləri ilə bağlı harasa təcili yollanmalıdırlarsa, uçuşların baş tutacağına əmin ola bilərlər”, - deyə E.Pyarqmyae əlavə edib.
E.Pyarqmyae qaydaların gələcəkdə Avropa İttifaqına üzv olmayan ölkələr − Ukrayna, Rusiya, Belarus və Türkiyə ilə də hava əlaqəsinin bərpa etməyə imkan verəcəyinə ümidvar olduğunu ifadə edib. (AZƏRTAC)
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxırlar
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO
Ermənilərin Qafqaz Albaniyası ilə heç bir əlaqəsi olmayıb – TARİXÇİ - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bu yollarda tıxac var - FOTO
Gələn il maaş və pensiyalar artırılacaq? - İQTİSADÇI












