Bu körpü təhlükəlidir – FOTO

Azərbaycanda körpü əsaslı təmir olunacaq. Nəqliyyat Nazirliyi “Azeryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin verdiyi məlumata görə, Qaraməryəm-İsmayıllı-Şəki (46km) - Sumagallı-Qalacıq avtomobil yolunun 8-ci km-də İstisuçay üzərində yerləşən kiçik körpü qəzalı vəziyyətə düşüb. Onun sözlərinə görə, cari təmir işlərinin aparılmasına baxmayaraq təbii hadisələr nəticəsində tamamilə yararsız hala düşüb. “Ötən əsrin 60-70-ci illərində inşa olunan körpü sel sularının təsirindən dağılıb. Çayın məcrası genişlənərək ətraf sahələrə də təhlükə yaradıb. Demək olar ki, yaz-yay aylarında çayda su çoxaldıqca kəndlərin rayon mərkəzi ilə əlaqəsi kəsilirdi. Bütün bunları nəzərə alaraq, 2014-ci ilin yanvar ayından körpüdə əsaslı təmir işlərinə başlanılıb”, - deyə Pünhan Mürsəliyev bildirib.
Qeyd edək ki, artıq körpüdə işlər başa çatdırılıb. Uzunluğu 57m, qabariti 8m olan körpü 3 aşırımlıdır. Pünhan Mürsəliyev deyir ki, hazırda su nizamlayıcı qurğuların tikintisi işləri gedir. Cari ilin oktyabr ayı ərzində işlərin tamamilə yekunlaşması planlaşdırılır.
Emin
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA













