Bu küçədə xaotik vəziyyət yaranıb: Sürücülər qayda pozub, təhlükə yaradırlar - VİDEO

Paytaxtın Xətai rayonu Xudu Məmmədov küçəsində xaotik vəziyyət hökm sürür.
Bu barədə izləyicilərdən biri Avtosfer.az-ın rəsmi “İnstagram” səhifəsinə videomaterial göndərib. Onun sözlərinə görə, təmirdən sonra yolda xətlənmə işlərinin aparılmaması sürücülərdə çaşqınlıq yaradır. Yolun işıqforla tənzimlənməsinə baxmayaraq küçədə piyada keçidi nişanı silindiyi üçün sürücülər dayanmadan hərəkət edirlər.
Belə ki, 99-OD-466 dövlət nömrə nişanlı “Hyundai Elantra” markalı və 69-BE-722 dövlət nömrə nişanlı “KIA Sportage” markalı avtomobillərin sürücüləri işıqforun qırmızı işığında dayanmadan hərəkət edirlər. Digər tərəfdən yolda nişanlanma xəttinin çəkilməməsi sürücülərin qayda pozmasına zəmin yaradır.
Videodan da göründüyü kimi, “Hyundai” və qarşı tərəfdən gələn “Porsche” markalı avtomobillər qəzadan son anda yayınırlar. Şikayətçinin iddiasına görə, sözügedən küçədə dayanma-durma qaydasını pozan sürücülər də avtomobillərin hərəkətinə davamlı əngəl törədirlər.
Nərmin
Hindistanın Ukrayna ilə bağlı planı nədir? – ŞƏRH
Şəmsi Bədəlbəyli küçəsində qurulan pandus standartlara uyğun deyil? – AÇIQLAMA
Orta Dəhliz yalnız yük daşımayacaq: Bakı üçün yeni imkanlar
Bu yollarda tıxac var - SİYAHI
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…
Azərbaycan haqqında “hökm” əvvəlcədən verilib?
"Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib" - Paşinyan
Bu yollarda tıxac var - SİYAHI
Dəyişən iş qrafiki tıxacları azalda bilmədi - Yeni TƏKLİF GÜNDƏMDƏ
Saxta iş elanı paylaşanları hansı cəza gözləyir? - HÜQUQŞÜNAS












