Bu küçəyə taksi gəlmir - Səbəb olduqca maraqlıdır - VİDEO

Xırdalan şəhərinin Emin Sabitoğlu küçəsinin onlarla sakini yollarının uzun müddətdir bərbad vəziyyətdə olmasından şikayətçidir. Xüsusən soyuq aylarda yağan yağış-qar yolu daha da keçilməz edir.
Avtosfer.az xəbər verir ki, Xırdalan şəhəri Emin Sabitoğlu küçəsinin sakinləri "Xəzər Xəbər"ə deyib ki, təqribən 3 il əvvəl əraziyə su və kanalizasiya xətləri çəkilərkən yolları dağılıb. Elə o vaxtdan da yayda toz-torpaq, payızda-qışda isə yağan yağışlar dağılmış yollarını keçilməz edir.
Sakinlər deyir ki, yolun bərbad olması ucbatından küçəyə nəinki taksi, heç təcili yardım da gəlmir, daha doğrusu gələ bilmir.
Sakinləri həm də ən çox narahat edən məsələ yaxınlıqdakı küçəyə yol çəkilməyə başlasa da, uzun müddətdir gözlədikləri yol texnikalarının bu küçəyə necə deyərlər, təşrif buyurmamasıdır. Sakinlərin narazılığına münasibət bildirən Abşeron Rayon İcra Hakimiyyətinin mətbuat Xidmətinin rəhəri Seymur Qasımov deyir ki, bu il rayon ərazisində 16 küçə təmir edilib, növbəti il təmir ediləcək yolların siyahısında isə sözügedən Emin Sabitoğlu küçəsi də var. Yəni sadəcə bir neçə ay da dözmək kifayət edəcək ki, sakinlərin işi yoluna düşsün.
BAKU.WS
Azərbaycanlıların da olduğu gəmiyə dron hücumu - VİDEO
Sumqayıtın mərkəzi küçəsində vəziyyət; yolda çuxurlar var, amma xətləmə işi görülüb - FOTO
Akkumulyatoru tədricən dağıdan avqust istisi
Moskva səfirliyimiz qarşısındakı təxribata niyə göz yumuldu? – Politoloq AÇIQLADI
Bakıda “klyokların rəqsi” - VİDEO
Qarpızı barmaqla deşmək trendə çevrildi – “Güc nümayişi”, yoxsa nemət israfı? – VİDEO
"Təcili beh tələsinə düşməyin!" - DİN-dən tələbələrə ÇAĞIRIŞ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ!
Sumqayıtın ən təhlükəli yolu – Bu küçədə sürət limitinə əməl edilmir - VİDEO
Sənaye məqsədilə sudan istifadə qiymətlərindəki dəyişiklik kimlərə şamil ediləcək? - İQTİSADÇI
Maştağa-Zabrat yolunda qəzalar niyə artıb? - EKSPERT










