“Bu proseslərdən sonra hava limanı Azərbaycanın istifadəsində olacaq” - EKSPERT

İşğaldan azad edilən ərazilərdə yeürstü infrastruktur bərpa edilməklə yanaşı hava limanları inşa edilməkdədir. Bu haba limanları təkcə daxili deyil, həm də xarici reyslər həyata keçirməkdədir. Xocalıda istifadə edilməyən hava limanında qısa müddət ərzində öz təyinatı üzrə istifadə etmək mümkün olacaqmı?
Nəqliyyat eksperti Elməddin Muradlı bildirdi ki, Xocalı Hava Limanı hazırda Rusiya sülhməramlı qüvvələrdən tam şəkildə təmizlənməkdədir:
“Onlar mərhələli şəkildə tərk etmə prosesindədir. Hava limanı Azərbaycan tam nəzarətinə keçdikdən sonra restavrasiya işlərinə ehtiyac var. Təhlükəsizlik qaydalarına uyğun olaraq müəyyən yoxlamalar aparılmalıdır. Bu proseslərdən sonra hava limanı Azərbaycanın istifadəsində olacaq. Azərbaycan qısa zaman ərzində Füzuli və Zəngilanda hava limanları inşa etdi. Hazırda Laçında da hava limanı inşa edilir. Xocalı Qarabağda hava məkanını təyin edəcək hava limanı rolunu oynayacaq. Xocalı Hava Limanı bizim üçün həm də rəmzi məna daşıyır. Hesab edirəm ki, bu hava limanı hərbi təyinatla da üçün də istifadə oluna bilər”.
Prezidentlər Birgə Bəyanat qəbul etdilər - FOTOLAR
Dövlət qulluğu imtahanı ilə bağlı nələr dəyişəcək? – RƏSMİ AÇIQLAMA
Güclü yağışlardan sonra sürüşmə təhlükəsi: Riskli ərazilərə kim nəzarət etməlidir? - AÇIQLAMA
2026-cı ilin 9 ayında büdcədə yaranan profisiti növbəti ilin kəsrinə yatırmaq olar? - RƏY
Magistralların kəsişdiyi nöqtə: Xırdalan dairəsində niyə tıxac yaranır? – ARAŞDIRMA
Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi - FOTOLAR
Tıxac olan yolların SİYAHISI
İlham Əliyevin Vyetnama rəsmi səfəri ilə bağlı VİDEOÇARX - VİDEO
İndiyədək neçə avtomobil utilizasiyaya verilib? - AÇIQLAMA
İlham Əliyev Vyetnama rəsmi səfərə gedib - FOTO
Azərbaycanda 21 yeni peşə məktəbi hansı ərazilərdə tikiləcək? – AÇIQLAMA












