Banner

Bu rayonlar öz xərclərini ödəyə biləcəklər? – İQTİSADÇI AÇIQLADI

Gündəm 2 Noyabr 2026 16:48
Bu rayonlar öz xərclərini ödəyə biləcəklər? – İQTİSADÇI AÇIQLADI
WhatsApp kanalımıza abunə olun

Azərbaycanda rayonların özünümaliyyələşdirmə modelinə keçidi regionların iqtisadi inkişafı və yerli büdcə gəlirlərinin artırılması baxımından mühüm məsələlərdən biridir. Bu modelin tətbiqi rayonların maliyyə müstəqilliyinin genişləndirilməsinə, sahibkarlıq fəaliyyətinin stimullaşdırılmasına və mərkəzi büdcədən asılılığın azaldılmasına şərait yarada bilər.

Avtosfer.az xəbər verir ki, regionların öz gəlirləri hesabına maliyyələşməsi üçün yerli iqtisadi potensialın gücləndirilməsi, investisiyaların cəlb edilməsi və yeni iş yerlərinin yaradılması əsas istiqamətlərdən hesab olunur. Bəs rayonların özünümaliyyələşdirmə modelinə keçidi hansı nəticələrə səbəb ola bilər?

Mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli Avtosfer.az-a açıqlamasında bildirib ki, 2027-ci ilin dövlət büdcəsi parlamentə təqdim edilib:

''Büdcə layihəsində diqqət çəkən məqamlardan biri gələn il Azərbaycanın 67 şəhər və rayonunun dövlət büdcəsindən vəsait almadan öz xərclərini ödəyə biləcəyinin qeyd olunmasıdır. Bu yanaşma regionların iqtisadi inkişafı və maliyyə müstəqilliyinin artması kimi təqdim edilsə də, iddianın hansı metodoloji əsaslara və hesablamalara söykəndiyi açıqlanmayıb. Regionların iqtisadi, ictimai və mədəni imkanlarının məhdudluğu, əhalinin iş və digər fürsətlər axtarışı ilə Bakı və Abşerona üz tutması fonunda belə bir göstəricinin ortaya qoyulması müzakirələrə səbəb olub''.

Fatimə

Oxunub : 112
ŞƏRH YAZ
Ad

E-mail

Şərh