Bu şəhərdə ictimai nəqliyyat pulsuz oldu - Bir həftəlik

Yunanıstan höküməti bir həftə ərzində Afinanın ictimai nəqliyyatında gediş haqqını ləğv edib. “Qafqazinfo”nun BBC-yə istinadən məlumatına görə, ölkənin nəqliyyat naziri bildirib ki, şəhər sakinləri metrodan, avtobus və trolleybuslardan pulsuz istifadə edə bilər. Bununla belə, şəhərətrafı qatarlarda gedişhaqqı ləğv olunmayıb.
Qərar bu gün ərzində qüvvəyə minəcək və ancaq paytaxta şamil olunacaq, çünki başqa şəhərlərdə ictimai nəqliyyat şəxsi şirkətlərin əlindədir.
Nazir onu da deyib ki, gediş haqqının ləğvi bir az əvvəl bankların bir həftəlik bağlanması və bankomatlardan nəğd pul çıxarılmasının məhdudlaşdırılması ilə bağlıdır. Yunanıstan hakimiyyəti belə hesab edir ki, belə bir şəraitdə vətəndaşların həyatını imkan daxilində yüngülləşdirməyə borcludur.
Bankları bağlamaq qərarı Yunanıstanın mümkün ola biləcək defoltu haqqında yayılan şaiyələrə görə qəbul olunmuşdu. Bu şaiyələr isə xarici kredit verənlərlə danışıqların növbəti mərhələsinin nəticəsiz sonluğunun ardınca yayılmağa başlayıb.
Banklar əhali arasında yayıla biləcək panika baş verdiyi təqdirdə böyük məbləğdə itkilərə yol verməmək məqsədi ilə bağlanıb.
Bankomatlardan nəğd pul çıxarılmasının məhdudlaşdırılması haqqında qərar Yunanıstanın xaricində buraxılan bank kartları sahiblərinə aid deyil.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












