Bu şəxslər pulsuz sanatoriya-kurorta göndəriləcək - VİDEO

Nazirlər Kabineti "Əlilliyi olan şəxslərin dərman preparatları, tibbi xidmət və ölkə hüdudları daxilində sanatoriya-kurort müalicəsi ilə təmin olunması Qaydası”nda dəyişiklik edib.
"Əlilliyi olan şəxslər üçün ambulator şəraitdə istifadə olunan ən vacib dərman preparatlarının siyahısı”na Loratadin (tablet), "Ürək damar sistemi üçün dərman vasitələri” sırasına Amlodipin+İndapamid+Perindopril (tablet), Ramipril (tablet) daxil edilib.
Eyni zamanda "Beyin və periferik qan dövranını yaxşılaşdıran dərman vasitələri” sırasına Betahistin dihidroxlorid (tablet), Neostiqmin metilsulfat (inyeksiya üçün məhlul), "Həzm sisteminə təsir edən dərman vasitələri” sıyahısına Bisakodil (tablet), "Tənəffüs sisteminə təsir edən dərman vasitələri” siyahısına Montelukast (tablet), Dornase alfa (inhalyasiya üçün məhlul), Hipertonik (natrium xlorid məhlulu+natrium hialuronat inhalyasiya üçün məhlul), "Vitamin və minerallar” sıyahısına Maqnezium + Piridoksin HCl (tablet), "Antimikrob dərman vasitələri” siyahısına Metronidazol, Ofloksasin, Siprofloksasin və Ko-trimoksazol tabletləri və Tobramicin (inhalyasiya üçün məhlul), "Epilepsiya əleyhinə dərman vasitələri” siyahısına Preqabalin (kapsul) daxil edilib.
Qərara əsasən, əlilliyi olan şəxslərə pulsuz verilən dərman preparatlarının sayı artırılıb, 20 adda dərman siyahıya yeni əlavə olunub. Əlilliyi olan şəxslər pulsuz dərman vasitələri ilə Səhiyyə Nazirliyi və TƏBİB-in birgə müəyyən etdikləri tibb müəssisələrində təşkil edilmiş aptek məntəqələri vasitəsilə təmin olunurlar. Dərman preparatlarının dəyəri tibb müəssisələri tərəfindən bu məqsədlə İcbari Tibbi Sığorta Fondunda (İTS) nəzərdə tutulmuş vəsait hesabına ödənilir.
Prezidentlər Birgə Bəyanat qəbul etdilər - FOTOLAR
Dövlət qulluğu imtahanı ilə bağlı nələr dəyişəcək? – RƏSMİ AÇIQLAMA
Güclü yağışlardan sonra sürüşmə təhlükəsi: Riskli ərazilərə kim nəzarət etməlidir? - AÇIQLAMA
2026-cı ilin 9 ayında büdcədə yaranan profisiti növbəti ilin kəsrinə yatırmaq olar? - RƏY
Magistralların kəsişdiyi nöqtə: Xırdalan dairəsində niyə tıxac yaranır? – ARAŞDIRMA
Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi - FOTOLAR
Tıxac olan yolların SİYAHISI
İlham Əliyevin Vyetnama rəsmi səfəri ilə bağlı VİDEOÇARX - VİDEO
İndiyədək neçə avtomobil utilizasiyaya verilib? - AÇIQLAMA
İlham Əliyev Vyetnama rəsmi səfərə gedib - FOTO
Azərbaycanda 21 yeni peşə məktəbi hansı ərazilərdə tikiləcək? – AÇIQLAMA












