Bu şəxslər sosial vergi ödəməyəcək

Azərbaycanda əlilliyi olan şəxslərin elektron ticarət qaydasında əl işlərinin satışından əldə etdiyi gəlirlər məcburi dövlət sosial sığorta haqqı hesablanmayan gəlir növlərinə aid ediləcək.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bununla bağlı "Sosial sığorta haqqında" qanuna dəyişiklik edilməsi təklif olunub.
Sənəd Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.
Bununla əlaqəli Vergi Məcəlləsində də dəyişiklik ediləcək. Dəyişikliyə görə, əl işlərinin satışından əldə olunan gəlirdən ödəmə mənbəyində 2 % dərəcə ilə vergi tutulacaq.
Dəyişiklik barədə məlumat verən parlamentin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev bildirib ki, əsas məqsədi əlilliyi olan şəxslərin vergi inzibatçılığının sadələşdirilməsi və onların özünüməşğulluq təşəbbüslərinin dəstəklənməsidir.
Onun sözlərinə görə, layihədə nəzərdə tutulan dəyişikliklər qəbul olunacağı təqdirdə əlillərin əl işlərinin satışı üçün xüsusi elektron portal yaradılacaq, əl işlərinin satışını həyata keçirən əlilliyi olan şəxslər portalda qeydiyyatdan keçəcək.
Həmçinin əl işlərinin satışından əldə olunan gəlirdən vergilər çıxıldıqdan sonra əlilliyi olan şəxs üçün açılmış bank hesabına köçürüləcək. portalda qeydiyyatdan keçmiş əlilliyi olan şəxslər vergi orqanlarında qeydiyyatdan keçmək, vergi hesablamaq, vergi hesabatları tərtib etmək və vergi orqanına təqdim etmək kimi işlərdən azad olacaq, bu işlər portal vasitəsilə elektron qaydada onların əvəzinə həyata keçiriləcək.
Dəyişiklik layihəsi ilə əl işlərinin satışını həyata keçirən əlilliyi olan şəxslər üçün yeni vergilər müəyyən olunmur.
Vergi Məcəlləsində mövcud vergi rejimləri bu kateqoriyadan olan şəxslərin vergi orqanlarında qeydiyyatdan alınması şərti ilə tətbiq olunacaq.
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...












