“Bu yol xeyli vaxtdır bağlıdır, əziyyət çəkirik” - VİDEO

Səbail rayonu Badamdar qəsəbəsi ilə 20-ci sahəni birləşdirən Cavidan İbrahimli küçəsinin bir aydır bağlı qalması sakinlərin narahatlığına səbəb olub.
Avtosfer.az xəbər verir ki, bu yol bir müddət əvvəl ərazidəki istinad divarında baş verən sürüşmə nəticəsində bağlanıb, fəsadlar aradan qaldırılsa da, yol açılmayıb.
Vətəndaşların sözlərinə görə, ərazi alternativ yol kimi daha əlverişlidir. Çünki Badamdara və ya əks istiqamətə getmək üçün daha çox məsafə qət etmək lazımdır ki, bu da xüsusilə tıxac olan saatlarda vəziyyəti daha da çətinləşdirir: “Bu yol xeyli vaxtdır bağlıdır, açılmağı yaxşı olar. Ən çox burada yaşayan sakinlər əziyyət çəkir”.
Məsələ ilə bağlı Səbail Rayon İcra Hakimiyyətindən bildirilib ki, baş vermiş hadisənin fəsadları operativ şəkildə aradan qaldırılıb, lakin sözügedən məsələnin həlli onların səlahiyyətində deyil.
Fövqəladə Hallar Nazirliyindən isə qeyd edilib ki, hazırda araşdırmalar davam etdirilir, problemin həlli yönündə aparılan işlər barədə əlavə məlumat veriləcək.
Mehdiyev çevriliş etsəydi, onlara vəzifə verəcəkdi - SİYAHI
QHT-lərin Əməkdaşlıq Forumundan Prezidentə müraciət
Ərdoğanın Azərbaycana səfəri hansı məsələlərə aydınlıq gətirəcək? – ŞƏRH
Hansı anaların müavinətləri 100 manata qaldırılacaq? – RƏSMİ
Zəfərin ildönümünə 2 gün qaldı - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Ərdoğanın Azərbaycana gəlişi münasibətləri düzəldə bilər? - POLİTOLOQ
Ramiz Mehdiyev oğlunu bu vəzifəyə gətirəcəkmiş - ŞOK ADLAR ÜZƏ ÇIXDI
"Nərimanov" stansiyasında Qarabağla bağlı yeni sərgi açıldı - VİDEO
“İkinci əl” avtomobillər ucuzlaşır? - AÇIQLAMA
Azərbaycanda əlverişsiz hava şəraitində skuterlərə qadağa qoyula bilər? – AÇIQLAMA












