Bu yollardan istifadə etməyin - SİYAHI

Hava şəraiti ilə bağlı sürücülərə paytaxın bəzi yollarından və körpülərindən az istifadə etmələri tövsiyə olunur. Avtosfer.az xəbər verir ki, bu barədə trend-ə Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) ictimai əlaqələr üzrə mütəxəssisi Şəfa Mehmanqızı deyib. Onun sözlərinə görə, paytaxtda qar yağması və temperaturun aşağı düşməsi nəticəsində bəzi yolların buz bağlaması ehtimalı olduğundan sürücülərə ehtiyatlı və diqqətli olmaları, mümkün qədər həmin yollardan az istifadə etmələri tövsiyə olunur: “Mərkəz Bakı şəhərində qarlı, şaxtalı hava şəraiti ilə bağlı sürücülərə nəqliyyat vasitələrinin hərəkəti üçün çətinlik yarada biləcək bəzi enişli-yoxuşlu küçə, prospekt və körpülərdən mümkün qədər az istifadə etmələrini tövsiyə edirik”.
NİİM nəqliyyatın hərəkətində çətinlik yarana biləcək enişli-yoxuşlu küçə, prospekt və körpülərin siyahısını təqdim edib.
1. Gəncə prospekti (Nobel prospekti ilə kəsişmə);
2. İlqar Musayev küçəsi (Abbas Fətullayev küçəsi (Şir heykəli));
3. İlqar Musayev küçəsi (Babək prospekti ilə kəsişmə);
4. Salyan şossesi (Bibiheybət yolunun başlanğıcı (sərt döngə));
5. Badamdar şossesi (20-ci sahə istiqamətində);
6. Mehdi Hüseyn küçəsi (Bünyad Sərdarov küçəsindən Parlament prospektinə kimi);
7. Niyazi küçəsi (“Azneft” meydanı – İstiqlaliyyət küçəsi);
8. M.Müşfiq küçəsi (H.Cavid prospektindən Badamdar şossesi ilə kəsişməsinədək);
9. Koroğlu Rəhimov küçəsi (Xoyski küçəsindən Təbriz küçəsinədək);
10. Ayna Sultanova küçəsi (Mətbuat prospektindən Şərifzadə küçəsinədək);
11. Ə.Haqverdiyev küçəsi (İnşaatçılar küçəsindən Mətbuat prospektinədək);
12. Nazim Hikmət küçəsi (“Musabəyov” parkı ətrafı);
13. “Nərimanov” heykəlinin ətrafı;
14. Məhəmməd Xiyabani küçəsi (Yeni Yasamal);
15. Əsəd Əhmədov küçəsi (Talıblı küçəsi);
16. Müzəffər Həsənov küçəsi (20 Yanvar dairəsindən Şərifzadə küçəsinədək);
17. Hüseyn Seyidzadə küçəsi (4-cü mkr. dairəsindən yuxarı);
18. Moskva prospekti (Avtovağzalın yanı);
19. Ramiz Quliyev küçəsi (Nobel prospektindən X.Məmmədov küçəsinədək);
20. Neapol küçəsi (“Ukrayna” meydanından Neapol dairəsinədək);
21. Rüstəm Rüstəmov küçəsi (Qara Qarayev küçəsi ilə kəsişməsindən Sakit Qocayev küçəsi ilə kəsişməsinədək);
22. Azadlıq prospekti (Rəsulzadə qəsəbəsindən Ziya Bünyadov prospektinədək);
23. Azadlıq prospekti (Bakıxanov küçəsindən Füzuli küçəsinədək);
24. Rəşid Behbudov küçəsi (Füzuli küçəsindən Bakıxanov küçəsinədək);
25. Z.Əhmədbəyov küçəsi (S.Əsgərova küçəsindən Bakıxanov küçəsinədək);
26. Şövkət Məmmədova küçəsi (“Bolluq” bazarının qarşısı);
27. Binəqədi şossesi (Dövlət Miqrasiya Xidmətinin qarşısı);
28. Mir Cəlal küçəsi (9-cu mkr.);
29. Bünyad Sərdarov küçəsi;
30. Şeyx Şamil küçəsi;
31. İstiqlaliyyət küçəsi;
32. Teymur Elçin küçəsi (Nazirlər Kabinetinin qarşısı);
33. Firudin Ağayev küçəsi (BDU-nun qarşısı).
34. Bakı-Sumqayıt yolu (Xırdalan dairəsi);
35. Bakı-Sumqayıt yolu (Avtovağzalın yanı);
36. Bakı-Şamaxı yolu (Müşfiq dairəsi);
37. Moskva prospekti (Tbilisi küçəsindən - 20 yanvar dairəsinədək);
38. Alı Mustafayev küçəsi (Ceyhun Səlimov küçəsi 3-cü mkr. dairəsi);
39. Asif Məhərrəmov küçəsi (3-cü mkr. dairəsindən 20 Yanvar küçəsi istiqamətində);
40. A.Salamzadə küçəsi (Tbilisi prospektindən Yeni körpüyədək);
41. Abbasqulu Ağa Bakıxanov küçəsi (Mərdanov qardaşları küçəsinədək);
42. Ziya Bünyadov prospekti (Rəcəbli küçəsindən Salamzadə küçəsinədək);
43. Heydər Əliyev prospekti (Babək prospekti ilə kəsişmə);
44. Heydər Əliyev prospekti (Bağırov körpüsünün yanı);
45. Üzeyir Hacıbəyov küçəsi (Cavanşir körpüsü);
46. Babək prospekti (Xalqlar Dostluğu dairəsindəki körpü);
47. Elşən Mehdiyev küçəsi (Y.Əliyev küçəsi ilə kəsişmə);
48. Zığ yolu;
49. Aeroport yolu;
50. Gənclik dairəsi;
51. Həsən Əliyev küçəsi (Atatürk prospekti ilə kəsişmə).
Ramazan ayının on dördüncü gününün duası - İmsak və iftar vaxtı
Şəbnəm Tovuzlu Avtosfer.az saytına hədə-qorxu gəldi - “Səhifənizi bağlatdıracam” - SƏS YAZISI – VİDEO
ABŞ-İsrail qüvvələrinin İrana hücumu qızılın qiymətini artıracaq - EKSPERT
Yol polisi magistral yoldakı radara aydınlıq gətirdi - VİDEO
Metroda bu istiqamətdə hərəkət cədvəli dəyişir - CƏDVƏL
Polad Həşimovun avtomobilinin görüntüləri yayıldı – İzləyiciləri duyğulandırıb - VİDEO
Xıdırlıda drenaj sistemi düzgün qurulmayıb, ev su altında qalır – ŞİKAYƏT - VİDEO
Elektron siqaretlərə görə cərimələr təsdiqləndi - SİYAHI
Müharibələr bəzən iqtisadiyyata təkan verən qüvvəyə çevrilir - NATİQ CƏFƏRLİ
Ramazan ayının on üçüncü gününün duası - İmsak və iftar vaxtı
"Ford"un elektromobillərində bu funksiya ödənişli olacaq – 850 manat - FOTO










