Büdcədən sahibkarlara dəstək üçün daha 100 milyon manat ayrılacaq

“Koronavirus pandemiyası ilə əlaqədar sahibkarlara maliyyə dəstəyinin göstərilməsi üçün Azərbaycanın dövlət büdcəsində əlavə 100 milyon manat nəzərdə tutulub”.
Avtosfer.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili parlamentin bu gün keçirilən plenar iclasında deyib.
“Nazirlər Kabinetinin dünən verdiyi qərarla Azərbaycanda pandemiya dövründə zərər çəkən və təsirlərə məruz qalan sahibkarların dövlət tərəfindən dəstəyi əlavə bir ay uzadılıb. Bu, həmin sahibkarların muzdla çalışanların əhəmiyyətli hissəsinin, fərdi sahibkarların isə böyük bir hissəsinə dövlət tərəfindən yardımların davam etməsi deməkdir. Xüsusi qeyd edim ki, bu ilin 1 iyul tarixinə qədər bütövlükdə 24 300 sahibkarın 210 min muzdlu işçisinə, 105,6 min fərdi sahibkara isə dövlət bütövlükdə 170 milyon manatdan çox vəsait ödəyib”-deyə, komitə sədri əlavə edib.
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb












