Bulvardakı avtoparkda qiyməti qaldırdılar

Əl Oyunları İdman Sarayının arxasında geniş avtoparkda qiymətlər artırılıb. Avtosfer.az-ın verdiyi məlumata görə, dünən axşamdan bulvara gələnlər dayanacağa daxil olmaq istədikdə nəzarətçilər əvvəlki kimi 50 qəpik yox, 1 manat tələb ediblər. Bunun səbəbini öyrənmək istəyən sürücülərə isə bildirilib ki, qərarı müdriyyət verib. Müdriyyətin kimliyi ilə maraqlanan Avtosfer.az-ın əməkdaşı müəyyən edib ki, bu dayanac yaxınlıqdakı «Dalğa plaza»ya məxsusdur və qiymətin artırılması barədə göstərişi də həmin müəssisənin rəhbərliyi verib.
Bulvar İdarəsinin rəisi müavini Nazim Məcidov da Avtosfer.az saytına bildirib ki, həmin dayanacaq bulvar ərazisində yerləşsə də, Dövlət Bulvar İdarəsinin balansında deyil: «Həmin dayanacaq «Dalğa plaza»nındır. Qiymətləri də onlar tənzimləyir».
«Dalğa plaza»dan suallarımızı cavablandıran olmasa da, sürücülər qiymət artımından narazılıq etdilər. Bildirildi ki, havalar isindikcə bulvara gələnlərin sayının artması dayanacaq rəhbərliyini şirnikləndirib. Buna görə də qiyməti artırmaq qərarına gəliblər. Sürücülərin bildirdiyinə görə, Neftçilər prospekti boyunca avtomobillərin park edilməsinə qadağa qoyulduğu üçün hamı məcbur olub «Dalğa plaza»nın arxasındakı dayanacağa üz tütürdü. Elə bu məcburiyyətdən istifadə edən dayanacaq rəhbərliyi də qiyməti artırıb.
Qeyd edək ki, bir neçə gün əvvəl Avtosfer.az saytı həmin dayanacağın yaxın vaxtlarda sökülüb yerində hündürmərtəbəli ticarət mərkəzinin tikilməsi planı barədə yazmışdı. Məlumata görə, ticarət mərkəzinin yerin altında olacaq 3 mərtəbəsi avtomobil dayanacağı olacaq.
Nurlan
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO














