Bunları ancaq bizim avtobus sürücüləri edə bilər – ŞOK STATİSTİKA

Bakıda son zamanlar baş vermiş avtobus qəzaları insaları demək üçün təəccübləndirmir. Səbəb sadədir. Demək olar ki, hər gün, hətta gün ərzində bir neçə dəfə bu tip qəzalarla bağlı adamlar xəbərlər oxuyur, eşidir və görürlər. Qısası avtobus qəzaları paytaxt sakinləri üçün artıq adi olaya çevrilib. Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi avtobus sürücülərinin qayda pozuntuları ilə bağlı statistikasını milli.az-a açıqlayıb. Bu li ərzində Bakının avtobus sürücülərinin etdiyi qayda pozuntularının sayı hər kəsi dəhşətə gətirəcək. Təkcə bu ilin 9 ayın ərzində avtobus sürücüləri tərəfindən 25.693 qayda pozuntusuna yol verilib. Qayda pozuntularından 6.084 fakt sürət həddini aşma halıdır (70 km/saat). Digər qayda pozuntuları dayanacaqda saxlamadan keçmə (4825), OBE-nin kamerasına müdaxilə (456), mobil telefondan istifadə (5903), siqaret çəkmə faktı (8425) təşkil edir. Növbəti yazıda qayda pozuntusuna ən çox yol verən şirkətlərin adını açıqlayacağıq. Bəhs etdiyimiz statistika Bakının sərnişin nəqliyyatındakı problemlərin həllindən daha çox, onların haqqında danışmağa və "çətinliklərin aradan qaldırılması" barədə hesabatlar verməyə alışmış məmurların necə işlədiklərini göstərir.
Eyni zamanda, bu rəqəmlər avtobus sürücülərinin seçimindəki çox ciddi nöqsanları da aşkarlayır. Nəqliyyat Nazirliyinə müraciət edirik: bu biabırçılıqlara son qoymaq üçün bəlkə, avtobuslarda sərnişindaşımalar çoxsaylı sahibkarların əlindən alınıb, dövlət nəzarətinə verilsin?!
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA












