“Bütün şəhid ailələri sosial ödənişlərlə təmin olunacaqlar” - Nazir

44 günlük Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi bərpa edildikdən sonra ölkə başçısının təşəbbüsü ilə çoxsaylı sosial proqramlar icra olunur. Ötən dövr ərzində 20 min şəxs bu proqramlar çərçivəsində əhatə olunub.
Bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib. O bildirib ki, bu dövrdə 13 minə yaxın sosial ödənişlər təyin edilib, 4 minə yaxın şəhid ailəsi, müharibə əlili və müharibə iştirakçısı məşğulluq proqramlarına cəlb edilib.
"9 minə yaxın şəxs müxtəlif sosioloji-psixoloji reabilitasiyaya və digər xidmətlərə cəlb edilib. 7 mindən çox şəxsə 13 mindən çox sosial ödəniş həyata keçirilib. Bu proses davamlı olaraq icra ediləcək. Bütün şəhid ailələri, müharibə əlilləri sosial ödənişlərlə təmin olunacaqlar. Bu dövrdə 15 qazimizə tam elektron protezlər təqdim edilib. Bu proses il ərzində əzalarını itirmiş, amputasiyası olan, əlilliyi olan bütün şəxsləri əhatə edəcək".
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA
Gələn il sosial ödənişlərin məbləğində artım edilməsi üçün hansı meyarlar nəzərə alınmalıdır? - İQTİSADÇI
Küləkli havalarda ağacların aşmasının qarşısını necə almaq olar? - EKOLOQ











