Canını yollarda tapşıranlar çoxalır - VİDEO

Piyadaların keçidlərdən istifadə etməməsi çox vaxt onların həyatı bahasına başa gəlir. Bu ilin 9 ayı ərzində 707 hadisə baş verib ki, nəticədə 267 nəfər dünyasını dəyişib, 499 nəfər isə xəsarət alıb. İnsanların məsuliyytəsizliyi və sürət həddinin aşılması da insanların həyatına son qoyur. Necə ki, dünən Bakıda sərnişin avtobusu ağır qəza törədib. Ziya Bünyadov prospektində qeydə alınan hadisə zamanı 82 saylı xətt üzrə hərəkət edən sərnişin avtobusu yolu keçən piyada, 40-45 yaşlarında kişini vurub.
Avtobusun zərbəsinə tuş gələn piyada maşının altında qalıb. Hadisə nəticəsində yaralı elə yerindəcə keçinib. Avtobus deformasiyaya uğradığından və mərhumun meyitini çıxarmaq üçün əraziyə FHN-nin Xüsusi Riskli Xilasetmə Ximdətinin əməkdaşları cəlb olunub.
Nərimanov rayonundakı qəzada da piyada dünyasını dəyişib. Hadisə Heydər Əliyev prospektində qeydə alınıb. Dünyasını dəyişən şəxs hadisə yerindən təxminən 15-20 metr aralıda olan piyada keçidinin yaxınlığında avtomaşın tərəfindən vurulub. Onun keçiddən istifadə etməməsi həyatı bahasına başa gəlib. Bunun nəticəsidir ki, bu ilin 9 ayı ərzində baş verən qəzalar arasında ən çox pyadaların vurulması ilə bağlı olub.
Baş Dövlət Yol Polisi İdarəsi ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevin sözlərinə görə, baş verən qəzaların 36 faizini piyada vurulmaları təşkil edib. Onların arasında uşaqlar da var.
Odur ki, siz də son mənzilə deyil evinizə rahat çatmaq istəyirsinizsə, o zaman piyada keçidlərindən istifadə edin. Əks halda həyatınızla vidalaşmalı olacaqsınız.
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA












