Çavuşoğlu: “Azərbaycanla Ermənistan arasında danışıqlarda 3-cü tərəfə ehtiyac yoxdur” - FOTO

Qarabağda müharibə bitəndən, Azərbaycan torpaqlarını işğaldan azad edəndən sonra, Azərbaycan və Türkiyə olaraq gücümüzü sülh və sabitlik üçün yönəltdik.
Avtosfer.az xəbər verir ki, bunu Antalya Diplomatiya Forumunun yekunlarına dair mətbuat konfransı zamanı Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. O qeyd edib ki, Ermənistanın Azərbaycanın sülh təklifinə cavab verməsi lazımdır. “Bölgənin sabitliyi üçün hər kəsin çalışması lazımdır. Bizim Azərbaycanla 3 və 4-lü əməkdaşlıq mexanizmlərimiz var. Bir gün sülh olarsa, niyə Ermənistan da bu formatlara qatılmasın ki? Fikrimcə, sülh sazişinə dair danışıqlarda 3-cü tərəfə ehtiyac yoxdur. Azərbaycan və Ermənistan özləri oturub danışmalıdırlar. Biz iki tərəf arasında atıla biləcək bütün addımları dəstəkləyirik”, - deyə o bildirib. Nazir Türkiyə və Ermənistan arasında da münasibətlərin normallaşma prosesinin olduğunu xatırladıb. “Bizim bu normallaşma prosesimizi Azərbaycan da dəstəkləyir. Bu mövzu da bütün addımlarımızı Azərbaycanla koordinasiya edirik. Biz iki dövlət ola bilərik, amma bir millətik. Kiminsə buna şübhəsi olmasın. Dünən Ermənistanlı həmkarım Araratla görüşümüz zamanı Ermənistan tərəfinin Azərbaycanın sülh təklifinə müsbət cavab verməklərini gözlədiyimizi qeyd etdim. O öz növbəsində isə ölkəsinin Azərbaycanla sülh danışıqlarına başlamaq niyyətində olduqlarını mənə dedi”.



Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO












