"Cəbhə bölgəsində smartfondan istifadə etmək olmaz" - Deputat

Hərbi qulluqçular bütün məsələlərdə ayıq-sayıq olmalıdırlar.
Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı, professor Rüfət Quliyev deyib.
Deputatın sözlərinə görə, informasiya təhlükəsizliyi baxımından, hərbçinin xidməti ərazidə smartfon telefon istifadə etməsi düzgün deyil:
"Müharibə vəziyyətində olan bir dövlət kimi, daha diqqətli olmalıyıq. Çünki düşmən müxtəlif vasitələrlə bizdə olan vacib məlumatı əldə etməyə çalışır. Buna imkan yaratmaq olmaz".
R.Quliyevin sözlərinə görə, dövlətin ərazi təhlükəsizliyini təmin edən hərbi qulluqçular bütün məsələlərdə ayıq-sayıq olmalıdırlar:
"Hərbi qulluqçulara ailə üzvləri, tanışları, yaxınları ilə əlaqə saxlamağa sadə telefonlarla şərait yaratmaq lazımdır. Bu şərait təmin olunduğu halda, hərbçinin smartfondan istifadə etməsinə ehtiyac qalmır. Ümumiyyətlə, cəbhə bölgəsində smartfonlardan istifadə etmək olmaz".
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO












