Cəbhədə məhv edilən ermənilərin - FOTOları
Azərbaycan Ordusunun son 4 gündə cəbhə xəttində məhv etdiyi erməni əsgərləri və zabitlərinin bir hissəsinin fotoları yayılıb. Sosial şəbəkələrdə erməni blogerlər tərəfindən yayılan fotolardan görünür ki, son günlərdəki əməliyyatlarda həlak olan erməni əsgərlərinin sayı heç də, rəsmi məlumatlarda bildirildiyi kimi, cəmi 5 nəfərdən ibarət deyil. Erməni bloqçular öldürülən 9 erməni əsgər və zabitinin fotolarını yayıblar. Məlumtlarda öldürülən erməni əsgərlərinin sayının daha çox olduğu, lakin Sarkisyan hakimiyyətinin bunları gizlətdiyi bildirilir.
Modern.az saytı son günlər cəbhə xəttində həlak olmuş erməni hərbçilərinin fotolarını və hərbi xidmətə çağırıldıqları ünvanları təqdim edir.
Avqustun 1-dən 2-nə keçən gecə təmas xəttində yaralanan və ötən gün ölən 20 yaşlı Sarkis Movsisyan Ermənistan Respublikasının Armavir vilayətindən hərbi xidmətə çağırlımışdı. Onu anadan olduğu Maisyan kəndində basdırdılar.
Avqustun 1-dən 2-nə keçən gecə Milli Ordumuzla döyüşdə öldürülən Ermənistan Ordusunun baş leytenantı 25 yaşlı Zorik Qevorqyan da Ermənistandakı hərbi komissarlıqlardan birindən hərbi xidmətə çağırılmışdı.
İyulun 31-də Ermənistan Silahlı Qüvvələrinin öldürülən 20 yaşlı əsgəri Azat Asoyanın paytaxt Yerevan şəhərinin sakini olduğu müəyyən olunub. Onu Ermənistan müdafiə nazirlərinin də qatıldığı rəsmi mərasimlərlə Yerevandakı “Yerablur” hərbi qəbirstanlıqda dəfn ediblər.
Azat Asoyanla yanaşı, 31 iyul gecəsi ermənilər daha bir hərbi qulluqçularını – Ararat Xanoyanı da itirmişdilər. Sonradan aydın oldu ki, Xanoyan əslən Ermənistanın Armavir vilayətinin Sərdarabad kəndindəndir. Onun dəfn mərasimi də doğulduğu kənddə keçirildi.
Daha bir öldürülən erməni hərbi qulluqçusunun adı rəsmi şəkildə açıqlanmayıb. Lakin Ermənistan prezidenti Serj Sərkisyanın avqustun 2-də həlak olmuş hərbi qulluqçuların mükafatlandırılması ilə bağlı sərəncamında leytenant Qor Qriqoryan da təltif edilib. Qriqoryanın hansı komissarlıqdan çağırılması ilə bağlı rəsmi informasiya yoxdur.
Beləliklə də, “Dağlıq Qarabağın Müdafiə Ordusu” adlı qondarma qurumun əslində mövcud olmadığı və de-fakto Ermənistan Müdafiə Nazirliyi tərəfərindən idarə olunduğu aydın olur. Rəsmi Yerevan əsas hissəsini ermənistanlı hərbi qulluqçuların təşkil edtdiyi “Qarabağ ordusu” haqda saxta informasiyalar yaymaqla əslidnə cəbhədəki gərginliyə görə məsuliyyəti boyundan atmağa səy göstərir.