Cəlilabadda bıçaqlanma ilə bağlı cinayət işi açılıb

26 iyul 2020-ci il tarixdə Cəlilabad rayon Uzuntəpə kənd sakini Elnur Əliyevin yaşadıqları evdə arvadı Natavan Nəsirovaya bıçaqla xəsarət yetirməsi faktı ilə bağlı Cəlilabad rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.
Cəlilabad rayon prokurorluğundan verilən məlumata görə, cinayət işinin materiallarının rayon prokurorluğu tərəfindən öyrənilməsi zamanı Elnur Əliyevin arvadı Natavan Nəsirovanı qəsdən adam öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edildiyindən cinayət işi üzrə əməl Cinayət Məcəlləsinin 128-ci maddəsindən 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinə tövsif edilərək rayon prokurorluğunun icraatına götürülüb.
Elnur Əliyev təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona qeyd edilən maddə ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
İş üzrə müvafiq ekspertizalar təyin olunub, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO











