Cəmiyyətin yeni dərdi - sərxoş qadın sürücülər

Bakıda avtomobili sərxoş halda idarə edənlər arasında aşkar edilərək məsuliyyətə cəlb olunan qadın sürücülərin sayı artıb. Bunu Trend-ə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polkovnik-leytenant Vaqif Əsədov deyib. O təəssüflə bildirib ki, spirtli içki qəbul edərək sükan arxasında oturanlar arasında zərif cinsin nümayəndələri də var və onların sayı son zamanlar getdikcə artır: “Belə ki, son iki gün ərzində gecə vaxtı, əsasən saat 2-3 radələrində avtomobili sərxoş halda idarə edən 14 qadın sürücü yol polisi əməkdaşları tərəfindən aşkar edilib. Həmin sürücülər barəsində müvafiq cəza tədbirləri görülüb, avtomobilləri isə “cərimə meydançaları”na yerləşdirilib. Onların bəzilərinin sənədləri qaydasında olmayıb, bəziləri isə ümumiyyətlə, polisin əmrinə tabe olmaqdan yayınmağa çalışıblar. Qeyd edim ki, sərxoş qadın sürücülər tərəfindən törədilən yol qəza hadisələrinin də sayı getdikcə artır”.
Onun sözlərinə görə, ümumiyyətlə, son günlər avtomobillərin sərxoş sürücülər tərəfindən idarə edilməsi faktları artıb: “Təkcə dünən gecə vaxtı 34 nəfər sərxoş sürücü aşkar edilib. Son iki gündə keçirilən reydlər zamanı isə 107 sərxoş sürücü aşkar edilib. Ümumilikdə isə il ərzində 9450 sürücü avtomobili sərxoş halda idarə etdiyinə görə məsuliyyətə cəlb edilib”.
Bölmə rəisi əlavə edib ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi rəisinin təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq, İdarənin bölmə və şöbə əməkdaşlarından ibarət xüsusi qrup yaradılıb: “Bu qrupun üzvləri İdarənin 8-ci və 11-ci tağımının əməkdaşlarına günün qaranlıq vaxtları kömək edirlər. Onlar yollarda nəzarəti gücləndirir və təhlükəsizliyin təmin edilməsinə çalışırlar. Bu qrup, əsasən, avtoxuliqanlara, sərxoş sürücülərə və polisin qanuni tələbinin yerinə yetirilməməsi faktlarına qarşı mübarizə aparır”.
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA












