Cənub Muğan kanalı yenidən quruyub, onlarla kənddə su qıtlığı yaranıb

Cənub Muğan kanalının Biləsuvar rayonu ərazisindən keçən hissəsində su yenidən quruyub. Фrtıq bir həftəyə yaxındır davam edən su böhranı daha çox İsmətli, Ağayrı, Nəsimi, Nərimankənd, Çaylı, Əsgərabad, Ağalıkənd, Amankənd, Ovçubərə, Yuxarı Cürəli və Təzəkənd kəndləri daxil olmaqla rayonun bütün ərazisini əhatə edir.
Hazırda vəziyyətin bu cür davam etməsi sakinlərin ciddi narahatlığına səbəb olub. Kanalda suyun quruması, demək olar ki, rayonun bütün yaşayış məntəqələrində problemə çevrilib. Belə ki, sakinlər içməli su, eyni zamanda kənd təsərrüfatı və mal-qara üçün zəruri olan su ehtiyatlarını tapmaqda çətinlik çəkirlər.
Məsələ ilə bağlı Milli Məclisin Biləsuvardan seçilmiş deputatı Bəhruz Məhərrəmov da müvafiq qurumlara müraciət edib: “Biləsuvar susuzdur! Milli Məclisin yaz sessiyasında bu məsələ tərəfimizdən dəfələrlə gündəmə gətirilib, rəsmi olaraq bütün orqanlara məktublar göndərilib, ayrı-ayrı dövlət məmurları ilə ikitərəfli müzakirələr aparılıb. Bu gün bir daha aidiyyəti strukturlardan məsələnin ciddiliyinin fərqinə varmağı xahiş edirəm. Bu problem yerli orqanların həll edəcəyi məsələ deyil. Biləsuvara kömək lazımdır! Bəli, digər rayonlarda su problemi var, lakin Biləsuvarın vəziyyəti tam fərqlidir. Tam məsuliyyətimlə bəyan edirəm ki, Biləsuvarda olan su qıtlığı digər heç bir rayonda yoxdur. Qonşu rayonlardan suy azalsa da, çaylar keçir. Biləsuvarda isə heç bir təbii su qaynağı yoxdur. Əgər ölkədə su problemi həll olunacaqsa, inanırıq ki, olunacaq, məsələyə Biləsuvardan başlamaq lazımdır".
Qeyd edək ki, Cənub Muğan kanalı 1960-cı ildə istismara verilib. Onun uzunluğu 65 kilometrdir. Qidalanma mənbəyini Araz çayından götürən kanaldan Azərbaycanın üç rayonunda - İmişli, Biləsuvar və Cəlilabadda istifadə olunur. ("Report")
Azərbaycanlıların Ermənistanda keçirdiyi görüşün detalları AÇIQLANDI - VİDEO
Nigar "400 mini haradan tapıb maşın alır" sualına belə cavab verdi
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA











