Cənubi Zəngəzur dəhlizi açılır - Yeni dəhlizin hansı üstünlükləri var? - FOTO

Şərqi Zəngəzurla İran ərazisindən keçməklə Naxçıvanı birləşdirəcək yeni kommunikasiya bağlantısının yaradılması ölkəmiz üçün əhəmiyyətli üstünlüklər yaradır. Yeni dəhliz axtarışlarının getdiyi indiki vaxtda Azərbaycanın rolu bir daha artacaq. Üstəlik Azərbaycanın enerji ixrac etmək imkanı da olacaq. Bu dəhlizin daha hansı üstünlükləri var?
Azərbaycan və İranın yeni kommunikasiya bağlantılarının yaradılması ilə bağlı razılığı Ermənistanı bir daha əhəmiyyətli layihədən kənarda qoydu. Ermənistanın Zəngəzur dəhlizinin reallaşmasını ləngitməsi fonunda belə bir razılığın əldə edilməsi olduqca ağıllı bir gediş idi. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev bildirib ki, Şərqi Zəngəzurdan İran ərazisi ilə Naxçıvana birləşəcək yeni kommunikasiya xətlərinin yaradılması Azərbaycan üçün əlavə imkanlar deməkdir. O bildirib ki, bu dəhliz hazırda yaranmış geosiyasi konteksdə də olduqca vacib addım sayıla bilər. Çünkü şimal dəhlizi ətrafında yaşananlar bu dəhlizin önəmini xeyli artıracaq. Azərbaycanın rolu dəhliz qovşağı kimi bundan sonra daha da artacaq. Artıq bir sıra dövlətlər də bu dəhlizlərdən istifadə etməkdə maraqlıdır. İran ərazisindən keçən əvvəlki yol yalnız avtomobil səfərinə imkan verirdisə, indi Şərqi Zəngəzurla Naxçıvanı həm də dəmir yolu birləşdirəcək və əlavə olaraq rabitə və enerji təminatı xətləri də buradan keçəcək. Bu layihə ilə Azərbaycanın həm də elektrik enerjisi ixracatçısı imkanları yaranır. Fərid Şəfiyev onu da bildirdi ki, Zəngəzur dəhlizinin açılmasını qəsdlə uzadan Ermənistan Türkiyə ilə açılım imkanlarını da ləngidə bilər. Baş verən proseslər onu deməyə əsas verir ki, indi Ermənistan Azərbaycanın şərtləri ilə dəhlizin açılmasına razılıq verməlidir. Əks halda son 30 ildə olduğu kimi bütün regional layihələrdən yenə də kənarda qalacaq.
Bu parklanma məntəqələrinin fəaliyyəti müvəqqəti məhdudlaşdırılacaq - ÜNVANLAR
Ramiz Mehdiyevin ailə bankı BOKT oldu
Fransanın bəzi media qurumları ölkəmizə qarşı qarayaxma kampaniyası aparır - MEDİA
Qəbələ, Ağstafa və Balakən istiqamətində qatarla gedənlər üçün ŞAD XƏBƏR
Rus ordusu məşhur kəndə girişi bağlayıb? - Zəngəzurda yeni savaş
Prezident Fərman imzaladı
Azərbaycana qarşı informasiya hücumları insan hüquqları üzərindən spekulyasiyalara əsaslanır – NATİQ MƏMMƏDLİ
Genişləndirilmə layihəsinə 180 milyon dollar ayrıldı - Bakı metrosu ilə bağlı ŞAD XƏBƏR
“Masallı sakini maşınını niyə yandırdı?” - İcra Hakimiyyətindən açıqlama - VİDEO
"Yaxın saatlarda təkrar təkanlar gözlənilir" - Qurban Yetirmişli
Azərbaycanda güclü zəlzələ olub - FOTO










