Çexiya Azərbaycanla Orta Dəhliz çərçivəsində əməkdaşlığın prioritetlərini açıqlayıb

Çex Respublikası Avrasiya tranziti üçün davamlı və etibarlı marşrut kimi Orta Dəhlizin strateji əhəmiyyətə malik olduğunu qəbul edir.
Avtosfer.az xəbər verir ki, bunu "Report"a Çexiyanın nəqliyyat naziri Martin Kupka deyib.
"Bizim prioritetimiz multimodal nəqliyyat həllərini dəstəkləmək və müvafiq layihələrdə, o cümlədən Azərbaycan və digər regional tərəfdaşlarla əməkdaşlıqda iştirak etməkdir", - o bildirib.
Nazir xatırladıb ki, Çexiya şirkətləri əvvəllər Bakı-Tbilisi-Qars dəmir yolu dəhlizi layihəsində iştirak ediblər və gələcək əməkdaşlıqda maraqlıdırlar.
"Orta Dəhliz xüsusilə vacibdir, çünki o, Rusiyadan yan keçən marşrut təklif edir", - M.Kupka əlavə edib.
O vurğulayıb ki, Çexiya əsas Avropa qovşaqları da daxil olmaqla logistika operatorları və liman infrastrukturu arasında əməkdaşlığın gücləndirilməsi təşəbbüslərini alqışlayır.
"Biz Bakı Beynəlxalq Dəniz Limanı ilə əlaqələrin inkişafında, xüsusən də Orta Dəhliz və Şərqi Asiyadan Avropaya tranzit kontekstində potensial görürük. Çexiya Ələt Azad İqtisadi Zonasının inkişafını diqqətlə izləyir və onun regional logistika və investisiya qovşağı kimi potensialını tanıyır. Əlaqəlilik və innovasiya sahəsində strateji maraqlarımıza uyğun olaraq əməkdaşlıq imkanları araşdırılır", - nazir qeyd edib.
M.Kupka vurğulayıb ki, layihə həm də Çexiyadakı potensial investorlara təqdim olunur, bu isə onların qarşılıqlı faydalı tərəfdaşlıq qurmaqda maraqlı olduğunu əks etdirir.
Onun sözlərinə görə, Çexiya beynəlxalq müqavilələr çərçivəsində və qarşılıqlı maraqların olduğu yerlərdə Azərbaycanda nəqliyyat infrastrukturunun inkişafı sahəsində əməkdaşlıq imkanlarının araşdırılmasına açıqdır.
"Çexiyanın nəqliyyat və tikinti şirkətlərinin qədim beynəlxalq əməkdaşlıq ənənələri var. Çexiya öz infrastrukturunun inkişafında beynəlxalq iştirakı alqışlayır. Hazırda Azərbaycan şirkətləri heç bir böyük layihədə iştirak etmir, lakin biz əməkdaşlığın genişləndirilməsi üçün potensial görürük", - nəqliyyat naziri əlavə edib.
Alyona Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlarla - FOTO - VİDEO
Vahid məktəbli forması ilə bağlı yeni qaydalar; vətəndaşlar nə düşünür? – SORĞU - VİDEO
Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərindən GÜC NÜMAYİŞİ - VİDEO
Yoldakı çuxurlar avtomobilin daha çox hansı hissələrinə zərər vurur? - EKSPERT
Hazırda Bakıda 26 istiqamətdə tıxac var: SİYAHI - FOTO
“Avtovağzal” və “Xocasən” stansiyalarına giriş niyə pulsuz edilib? – AÇIQLAMA - VİDEO
Yol boşdur, amma tıxac var: Səbəb sürücülərdir? – VİDEO
Azərbaycanda 8 ayda sərnişin sayı bu qədər artıb – STATİSTİKA
Fərdi avtomobil sayı artır; ictimai nəqliyyat sistemi necə qurulmalıdır?
İlham Əliyev: "Ağdərə rayonunda işə başlanılıb" - VİDEO
Rusiyanın Ukrayna qatarlarını vurması nəyə hesablanıb? - AÇIQLAMA











