Ceyhun Bayramovla Sergey Lavrov arasında telefon danışığı olub
Gündəm
5 Oktyabr 2020 23:30

Oktyabrın 5-də qarşı tərəfin təşəbbüsü əsasında Azərbaycan Respublikası Xarici İşlər naziri Ceyhun Bayramov ilə Rusiya Federasiyasının Xarici İşlər naziri Sergey Lavrovun telefon danışığı baş tutub. Bu barədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti idarəsindən bildirilib.
Qeyd edilib ki, nazir Sergey Lavrov bölgədəki artan gərginliyin narahatlıq doğurduğunu bildirib. Gərginliyin aradan qaldırılması və tərəflərin siyasi dialoqa qayıtmasının vacibliyi vurğulanıb.
Nazir Ceyhun Bayramov öz növbəsində, Ermənistanın məqsədyönlü şəkildə Azərbaycanlı mülki əhalini və infrastrukturu atəşə tutması, ölkəmizin ikinci böyük şəhəri olan Gəncəni, sənaye şəhəri Mingəçeviri, habelə cəbhə bölgəsindən uzaqda yerləşən digər şəhərlərdəki sıx məskunlaşma qəsəbələrinin hədəfə alınması barədə Rusiyalı həmkarına məlumat verib.
Mülki insanlar arasında itkilərin olduğu vurğulanıb. Ermənistanın bu əməllərinin beynəlxalq humanitar hüququn ciddi pozulması halı olduğunu qeyd edən Nazir Ceyhun Bayramov yaranmış vəziyyətə görə tam məsuliyyətin Ermənistanın üzərinə düşdüyünü bildirib.
Oxunub : 1024
DİGƏR XƏBƏRLƏR
26 Sentyabr 2026 16:29
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
26 Sentyabr 2026 15:31
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxırlar
26 Sentyabr 2026 15:00
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
26 Sentyabr 2026 12:22
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
26 Sentyabr 2026 11:45
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
26 Sentyabr 2026 10:58
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
26 Sentyabr 2026 09:01
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO
25 Sentyabr 2026 20:30
Ermənilərin Qafqaz Albaniyası ilə heç bir əlaqəsi olmayıb – TARİXÇİ - VİDEO
25 Sentyabr 2026 17:58
Sürücülərin NƏZƏRİNƏ! - Bu yollarda tıxac var - FOTO
25 Sentyabr 2026 15:41
Gələn il maaş və pensiyalar artırılacaq? - İQTİSADÇI
25 Sentyabr 2026 12:18
Avtobusların Bakı-Sumqayıt yoluna çıxışı 1 kilometr qısaldı: AYNA-dan yeni həll - VİDEO
25 Sentyabr 2026 11:30
Bakıda tıxacın iqtisadi zərəri hesablanacaq? – TƏKLİF
ŞƏRH YAZ











