Çimərliklərin fəaliyyətinin tənzimlənməsi ilə bağlı AÇIQLAMA

“Bütün çimərliklərə məsul şəxslər təhkim olunub. Digər tərəfdən, çimərlik operatorları tərəfindən müəyyən şəxslər ayrılıb ki, koronavirus xəstəliyinin yayılmasının qarşısını almaq üçün lazımi tədbirləri həyata keçirsinlər”.
Avtosfer.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının rəhbəri Elgin Həbibullayev bildirib.
Onun sözlərinə görə, əməkdaşlarla maarifləndirmə işləri aparılıb:
“Çimərliklərdə məlumatlandırıcı lövhələr yerləşdirilib. Həmçinin, yazılı məlumatlarla yanaşı, səsli məlumatlar da veriləcək. Çimərliklərdə işarələnmə, nişanlanma işləri aparılıb ki, insanlar gələrkən sosial məsafəni qorusunlar.
Dezinfeksiya işlərinin aparılması və məişət tullantılarının daşınması üçün kommunal xidmətlər gücləndirilmiş rejimdə işləyəcək. Artıq xüsusi qruplar ayrılıb və xüsusi təlimat alıblar. Bütün çirməliklərdə məişət tullantılarının atılması və tibbi maskaların atılması üçün konteynerlər gətirilib”.
O qeyd edib ki, qaydalara riayət edilməlidir:
“İnsanlar elə düşünməsin ki, çimərliklərə icazə verilibsə, təhlükə soruşub və rahat davrana bilərlər. Təhlükə davam edir, qaydalara ciddi riayət edilməlidir”.
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb












