"Çin Orta Dəhlizə ticarət marşrutlarını şaxələndirmək üçün alternativ kimi baxır" - Ekspert

Çin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunu (TBNM, Orta Dəhliz) Avrasiya, o cümlədən Avropa ölkələri ilə ticarət marşrutlarının şaxələndirilməsi üçün uzunmüddətli strateji alternativ kimi nəzərdən keçirir.
Avtosfer.az-ın “Report”a istinadən məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Çin Beynəlxalq Tədqiqatlar İnstitutunun elmi əməkdaşı Kanq Je (Kang Jie) bildirib.
Ekspertin fikrincə, Azərbaycan Orta Dəhlizin inkişafında əsas rol oynayır.
"Bakı limanını ziyarət etmək şansım oldu. Rəqəmsal təchizat zəncirinin modernləşmə səviyyəsi və imkanları məndə müsbət təəssürat yaratdı. Bu səbəbdən düşünürəm ki, qlobal ticarət müharibəsi fonunda Çin və Azərbaycanın Orta Dəhlizin inkişafında əməkdaşlıq üçün daha çox imkanları var. Bundan əlavə, biz Orta Dəhlizi sadəcə ticarət marşrutu və ya yalnız dəhliz kimi deyil, gələcək sənaye kəməri və ya birgə inkişaf kəməri kimi görürük", - ekspert bildirib.
O qeyd edib ki, son iki ildə Çin və Azərbaycan arasındakı elektromobillər, elektrobuslar və “təmiz enerji” sahəsində birgə layihələrin sayında artım müşahidə olunur.
"Çin sənayeləşmə və istehsal sahəsində bir sıra üstünlüklərə malikdir. Azərbaycan və regionun digər ölkələri də yenidən sənayeləşmə, "yaşıl iqtisadiyyat”a keçid və rəqəmsallaşma üzrə strategiya və təşəbbüslər hazırlayırlar. Bu baxımdan, hesab edirəm ki, "Bir kəmər, bir yol" təşəbbüsünün həyata keçirilməsi və bu təşəbbüsün Orta Dəhliz layihəsi ilə inteqrasiyası Çin və region ölkələri arasında sənaye sahəsində əməkdaşlığın gücləndirilməsinə kömək edə bilər. Eyni zamanda, bu istiqamətdə yeni layihələrin həyata keçirilməsinə töhfə verə bilər", - o qeyd edib.
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO












