Çin xaricə səyahət üçün COVID-19 pasportlarını işə salıb

Çin xaricə səyahət etməyi planlaşdıran vətəndaşları üçün rəqəmsal sertifikatlar işə salıb. Beləliklə, Çin iqtisadiyyatını bərpa etmək üçün oxşar sənədlər hazırlayan digər ölkələrə qoşulub.
Bu barədə Çin Xarici İşlər Nazirliyi nəzdində fəaliyyət göstərən Konsulluq İşləri Departamenti bildirib.
Qeyd edildiyi kimi, sertifikatda Covid-19 əleyhinə peyvəndlər və koronavirus testinin nəticələr haqqında məlumatlar yer alacaq.
Çinin xarici işlər naziri bazar günü verdiyi açıqlamada sertifikatın məqsədinin ölkələr tərəfindən insanların təhlükəsiz və nizamlı mübadiləsini təmin etmək, o cümlədən vaksinasiya barədə daha dolğun məlumatlar əldə etməkdir.
Çin Covid-19 koronavirusuna qarşı peyvənd olunmuş insanların ölkə ərazisinə gəlişini məhdudlaşdıran qaydaların sadələşdirilməsi barədə hələ heç bir məlumat verməyib. Çinə gəldikdən sonra vətəndaşlar observasiyadan keçməlidirlər, çünki fevral ayından Milli Səhiyyə Komissiyasının sözçüsünün dediyi kimi, peyvənd olunmuş insanların da virusa yoluxması mümkündür.
Xatırladaq ki, Avropa Komissiyası koronavirusa qarşı vaksinasiya pasportunu yaya qədər tətbiq etməyi planlaşdırır. Bu, yay mövsümündə turist səfərlərini bərpa etmək imkanını verir.
Buna baxmayaraq, Ümumdünya Səhiyyə Təşkilatı Covid-19 pasportlarının beynəlxalq səyahət üçün istifadə edilməsinə qarşı olduğunu bildirib.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












