Çingiz Qənizadə: "Ombudsmana şans verilməsini istərdim"

“Həyatda səhvsiz insan olmur. Ombudsman Səbinə Əliyevanın məlum toy hadisəsindən sonra bu günə kimi susqunluğu onun səhvini etiraf etməsi kimi başa düşülməlidir”.
Bu fikirləri Modern.az-a Demokratiya və İnsan Hüquqları Komitəsinin üzvü, hüquq müdafiəçisi Çingiz Qənizadə məlum toy qalmaqalından sonra Ombudsman Səbinə Əliyevanın bəzi mətbuat səhifələrində hədəf olaraq götürülməsinə münasibət bildirərkən deyib. Hüquq müdafiəçisinin sözlərinə görə, Səbinə Əliyeva bir ildir ki, Ombudsman təyin olunub: “Onu da nəzərə alaq ki, Səbinə xanım bir il olar Ombudsman vəzifəsinə təyin olunub. Gənc və savadlı kadrdır. Bir il müddətində də insan hüquq və azadlıqlarının qorunması ilə bağlı müəyyən addımların atmasının şahidi olmuşuq. Qeyd edək ki, Səbinə xanım o toya tək yox, həyat yoldaşı ilə gedib. Bu Azərbaycan mentalitetidir və o həyat yoldaşının dəvəti ilə toyda iştirak edib”.
Çingiz Qənizadə ombudsmanın susqunluğuna da aydınlıq gətirib: “Nəzərə alaq ki, Səbinə xanım bununla bağlı mətbuata özünə haqq qazandıran, cəmiyyəti və jurnalistləri qıcıqlandıran müsahibələr vermədi. Susqunluğu onun peşmançılığıdır. O baxımdan da Səbinə xanımın üzərinə getmək, onun istefasını tələb etmək və mətbuatda müzakirə olunmasının tərəfdarı deyiləm. Səhvsiz insan yoxdur. Hesab edirəm ki, onun bu vəzifədə fəaliyyətini davam etdirməsi üçün ona şans verilməlidir”.
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO












