Bakıda cinsi azlıqla bir maşına minmək istəməyən oğlan - CƏRİMƏLƏNDİ

Bakıda Malakan bağında gənclər arasında insident yaşanıb. Avtosfer.az "Qafqazinfo"ya istinadən məlumat verir ki, həmin ərazidə 23 yaşlı Fuad Ağayev (şərti) cinsi azlıq nümayəndəsi C.S. ilə mübahisə edib. Polis əməkdaşları onlara yaxınlaşaraq məsələni aydınlaşdırmağa çalışıblar. Bu zaman hər iki şəxs Səbail RPİ-nin 39-cu Polis Bölməsinə dəvət olunub.
İttihama görə, F.Ağayev cinsi azlıq nümayəndəsi ilə bir maşına minmək istəmədiyini bildirib. Polis əməkdaşları onu məcburi şəkildə bölməyə aparmağa çalışarkən F.Ağayev polis maşınının şüşəsinə zərbə vurmaqla ziyan yetirib.
Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi (polisin qanuni tələbinə tabe olmama) ilə protokol tərtib olunub və baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib. Məhkəmə həmin şəxsin inzibati xətanı törətməsinin sübuta yetirildiyi qənaətinə gəlib.
Qərara əsasən, F.Ağayev 200 manat məbləğində inzibati cərimə olunub.
Müharibənin mərkəzindəki İordaniy ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT












