Çörək sexində nöqsanlar aşkarlanıb - FOTO

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.
Agentlik əməkdaşları tərəfindən Ucar şəhəri, Oğuz küçəsində fəaliyyət göstərən, Qurbanov Elxan Ələkbər oğluna məxsus çörək bişirmə müəssisəsində yoxlama keçirilib.
Yoxlama zamanı müəssisənin texniki normativ hüquqi aktların tələblərinə əməl olunmadan fəaliyyət göstərdiyi məlum olub. Belə ki, müəssisənin istehsal sahəsində sanitariya qaydalarına əməl olunmadığı, döşəmə, tavan, divarların tamlığının pozulduğu və asan yuyula bilən materiallarla təmin olunmadığı, havalandırma sisteminin quraşdırılmadığı, anbarında sanitariya qaydalarına əməl olunmadığı, un məhsullarının saxlanma rejiminə, temperatur rejiminə əməl olunmadığı aşkar olunub.
Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyə uyğun olaraq, inzibati protokol tərtib olunub.
Araşdırmalar davam etdirilir.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı bundan sonra da qətiyyətlə alınacaqdır.


İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












