Çörəyin qiyməti nə qədər artacaq? - Açıqlama

“50 kq-lıq unun qiyməti 25 manat 5 qəpikdən 27 manat 35 qəpiyə qədər artıbsa, bu hər 1 kq unun təxminən 4 qəpik artması deməkdır. Bu zaman 500 qramlıq hər çörəyə 2 qəpik artım payı düşür”. Bunu iqtisadçı-ekspert Eldəniz Əmirov bildirib.
“50 kq-lıq unun 2,3 manat artmasının hazırda çörəyin qiymətinə təsir etməyəcəyini demək olar. Amma bir məsələ var ki, çörək istehsalçıları çörəyin qiymətini nəzarət səbəbindən qaldıra bilməsələr də, hər çörəkdə 2 qəpik itirməmək üçün, çörəyin çəkisini 20 qram azalda bilərlər. Ona görə ki, hazırkı qiymətlərlə hər 10 qram çörəyin satış qiyməti təxminən 1 qəpikdir. Odur ki, 2 qəpik itirmək istəməyənlər 20 qram kəsmək sevdasına düşə bilər. Azərbaycanda kənd təsərrüfatı üçün yararlı torpaq sahələrinin həcmini, torpağın keyfiyyətini, taxıl əkin sahələrinin həcmini və yetişdirilə bilən buğdanın keyfiyyət göstəricilərini, eləcə də artan əhali sayını nəzərə alsaq, deyə bilərik ki, biz demək olar ki, hər zaman ərzaqlıq buğdanın böyük hissəsini hansısa ölkədən idxal edəcəyik. Bu isə unun qiymətində bu cür artıb-azalmaları qaçılmaz edəcəkdir. Ona görə də çörəyin qiyməti dövlət tərəfindən müxtəlif alətlərin köməyi ilə tənzimlənir” - iqtisadçı qeyd edib. (Yenisabah.az)
Prezidentlər Birgə Bəyanat qəbul etdilər - FOTOLAR
Dövlət qulluğu imtahanı ilə bağlı nələr dəyişəcək? – RƏSMİ AÇIQLAMA
Güclü yağışlardan sonra sürüşmə təhlükəsi: Riskli ərazilərə kim nəzarət etməlidir? - AÇIQLAMA
2026-cı ilin 9 ayında büdcədə yaranan profisiti növbəti ilin kəsrinə yatırmaq olar? - RƏY
Magistralların kəsişdiyi nöqtə: Xırdalan dairəsində niyə tıxac yaranır? – ARAŞDIRMA
Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi - FOTOLAR
Tıxac olan yolların SİYAHISI
İlham Əliyevin Vyetnama rəsmi səfəri ilə bağlı VİDEOÇARX - VİDEO
İndiyədək neçə avtomobil utilizasiyaya verilib? - AÇIQLAMA
İlham Əliyev Vyetnama rəsmi səfərə gedib - FOTO
Azərbaycanda 21 yeni peşə məktəbi hansı ərazilərdə tikiləcək? – AÇIQLAMA












