COVID-19-a qarşı vaksinə etibarsızlıq insanların sağlamlığına təhlükə yaradır

COVID-19-a qarşı vaksinlərin, habelə koronavirusun diaqnostikası və müalicəsi üçün vasitələrin yaradılması və istehsalının sürətləndirilməsi üzrə aprel ayında başlanmış beynəlxalq təşəbbüsün uğur qazanması 35 milyard dollar pul lazımdır. Bu məbləğin 15 milyardı yaxın 3 ay ərzində ayrılmalıdır.
BMT-nin Baş katibi bu fikirləri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbərinin iştirakı ilə keçirilən tədbirdəki çıxışında səsləndirib.
Ümumdünya Səhiyyə Təşkilatı cari ilin yanvar ayından başlayaraq vaksinin yaradılması, habelə heyvanlar üzərində tədqiqatlardan başlamış klinik sınaqlara qədər bu vaksinin yoxlanması üçün dünyada minlərlə alimin işini əlaqələndirir. Koronavirusun diaqnostikası üçün ÜST-də işlənib hazırlanmış metodlar bu gün bütün dünyada tətbiq edilir. ÜST-nin himayəsi ilə başlanmış “həmrəylik sınaqları”nda onlarca ölkə iştirak edib. Alimlər koronavirus infeksiyasının müalicəsi üçün müəyyən dərmanların və ya onların kombinasiyasının səməlilik dərəcəsini qiymətləndiriblər.
BMT-də əmindirlər ki, gələcək vaksinin və müalicənin təkcə bir ölkə və ya region üçün əlçatan olması qəbuledilməzdir. Planetin hər bir sakini səmərəli və təhlükəsiz terapevtik vasitələrdən istifadə edə bilməlidir. Quterreşin sözlərinə görə, vaksin üzərində aparılan iş bizim “ictimai nemət” dediyimiz dəyərin parlaq nümunəsidir, bu işin nəticələri bütün bəşəriyyətin mənafelərinə uyğun olmalıdır.
BMT Baş katibinin bu mövqeyi dünya liderlərinin çoxu tərəfindən dəstəklənir. Bu il aprel ayında genişmiqyaslı beynəlxalq əməkdaşlıq təşəbbüsünə start verilməsinə həsr edilmiş virtual tədbirdə Fransa Prezidenti və Almaniya Kansleri iştirak ediblər. Bugünkü forumda Avropa Komissiyasının sədri Ursula fon der Leyen, habelə Cənubi Afrika Respublikasının Prezidenti və Norveçin Baş Naziri çıxış edib.
Müxtəlif ölkələrdə minlərlə alim COVID-19-a qarşı vaksin üzərində işləyirlər. Əsas məsələ budur ki, vaksin təkcə seçilmişlər üçün deyil, ona ehtiyacı olan hər kəs üçün əlçatan olsun.
Bununla bərabər, BMT-nin Baş katibi xəbərdarlıq edir ki, müvafiq tədbirlərin reallaşdırılması üçün 35 milyard dollar, o cümlədən təcili olaraq 15 milyard dollar vəsait lazımdır. BMT rəhbəri “çoxsaylı paralel təşəbbüslərə və milli proqramlara” görə narahat olduğunu bildirib. O deyib: “Bu vəziyyət qlobal səyləri zəiflədir, bu, faydasız siyasətdir”. Baş katibin sözlərinə görə, koronavirus infeksiyasının diaqnostikası, müalicəsi və onun qarşısının alınması vasitələrinin əlçatan olması bütün beynəlxalq birliyin mənafelərinə uyğundur.
BMT-nin Baş katibi çıxışının sonunda beynəlxalq birliyi həmrəylik göstərməyə çağıraraq vurğulayıb: “Biz hamımız COVID-19-a qarşı vaksinlərin, bu xəstəliyin diaqnostikası və müalicəsi üçün vasitələrin yaradılmasının və istehsalının sürətlənməsinə yönəlmiş səyləri dəstəkləməliyik”. (AZƏRTAC)
Həftəsonu bu yollar bağlı olacaq - XƏBƏRDARLIQ - FOTOLAR
Paytaxtın bu küçələrində sıxlıq müşahidə olunur - SİYAHI
Sürücülərin NƏZƏRİNƏ: Sabahdan İçərişəhərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılır
Yusufla birgə hamamda zəhərlənən qız sosial şəbəkədə məşhur imiş
Zelenskinin İrəvana rəsmi səfəri Rusiya-Ermənistan münasibətlərinə təsir edəcək? - POLİTOLOQ
Sabah bu yollar bağlı olacaq - SİYAHI
Səbaildəki lyuklardan şikayət olundu; qurum hərəkətə keçdi – FOTO - VİDEO
ABŞ-İran münaqişəsi; hər iki dövləti yoraraq dağıtmaq istəyirlər? - POLİTOLOQ
Cərimə hesabına qəzaları azaltmaq mümkündür? – AÇIQLAMA - VİDEO
Şahin Mustafayevin korteji Ağverəni belə tərk etdi - VİDEO
Yollarda görünüş məsafəsi MƏHDUDLAŞACAQ








