COVID-19-la mübarizədə Azərbaycan ordusu üçün diqqətli olmalıyıq - Deputat

Azərbaycan haqq yolunda apardığı mübarizədə qalib gələcək və tarixi ədaləti bərpa edəcək. Bunu Milli Məclisin deputatı Rəşad Mahmudov jurnalistlər üçün keçirdiyi brifinqdə deyib.
Deputat qeyd edib ki, müharibə rahat deyil: “Bunun ön və arxa tərəfi var. Müharibə uzandıqca, ordunun təhlükəsizliyini təmin etmək çox önəmlidir. Diqqəti çəkmək istədiyim məqam fərqlidir. Arxa cəbhədə Azərbaycan əsgərinin yanındayıq. Azərbycan səhiyyə sistemi COVID-19-la mübarizədə bütün gücünü ortaya qoydu. Bu gün də hərbçilərimizlə birgə ön cəbhədə səhiyyə sistemimiz üzərinə düşən işin öhdəsindən gəlir. Azərbaycan əsgəri əmin əllərdədir”.
Deputat COVID-19-un dünya bəlası olaraq hələ də qaldığını da xüsusi vurğulayıb: “COVID-19-la mübarizədə acizik. Bu gün həyəcan içərisində Ali Baş Komandanın, ordumuzun apardığı uğurlu işin nəticəsində daha çox bir-birimizlə təmasa giririk. Bu gün Azərbaycan övladları şəhid olmaqdan qorxmayaraq həyata dik baxırlar. Bu gücü qazandıqca, məsuliyyətimiz də artır. İnsanların orduya dəstək üçün yemək, paltar kimi maddi yardım etmək istəyini hamımız görürük. Unutmayaq, hər birimiz əsgərimizi COVID-19-dan qorumalıyıq. Əgər bu pandemiya alovlanarsa, bu gün Azərbaycan əsgəri üçün mübarizə aparan həkimlərimizi geri qaytarmalı olacağıq. Bu çağırışı hər birimiz anlayışla qəbul etməliyik. Azərbaycan əsgərini, Azərbaycan ordusunu COVID-19-dan qorumaqla onlara ən böyük töhfə verə bilərik. Bütün Azərbaycan əhalisindən xahış edirəm. COVID-19-la mübarizədə Azərbaycan əsgəri, Azərbaycan ordusu üçün diqqətli olmalıyıq”. (Trend)
Prezidentin Qırğızıstana işgüzar səfəri başa çatıb - FOTO
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Bişkekdə keçirilən görüşlər Azərbaycanın siyasi tarixi üçün niyə əhəmiyyətlidir? - AÇIQLAMA
ŞƏT-lə dialoq tərəfdaşı rolunda əməkdaşlıq Azərbaycana nə vəd edir? - DEPUTAT
Yeni tədris ilində tıxac əvvəlki illərdən daha çox artacaq - MÜTƏXƏSSİS
İşıq dirəkləri olan küçə qaranlığa qərq olub: Sürücülər və piyadalar təhlükədədir - VİDEO
Taksidə kondisionerə görə əlavə pul tələb edilə bilər? – AÇIQLAMA – VİDEO
Azərbaycanın hava məkanı Ermənistanı geridə qoydu – Ekspert rəqəmləri AÇIQLADI
Əliyevlə Paşinyanın görüşündən kadrarxası görüntülər - VİDEO
Bişkekdə Azərbaycan və Belarus prezidentlərinin görüşü olub - FOTO
İlham Əliyev və Mehriban Əliyeva Bişkekdə 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak edirlər - FOTO - YENİLƏNİB










