Dağıstanda qalan soydaşlarımızın aqibəti necə olacaq? - VİDEO

Quru yolla Azərbaycana keçmək istəyən soydaşlarımız soyuq havada günlərdir Rusiya ilə sərhədin Dağıstan hissəsində qalıblar. Onlar qida və qalmağa yer sarıdan əziyyət çəkdiklərini bildirirlər. Soydaşlarımızın tək istəyi aidiyyəti qurumların bu məsələyə təcili reaksiya vermələri və onların sərhəddən keçmələrini təmin etmələridir
Rusiyanın hərbi müdaxiləsindən sonra Ukraynanı tərk edərək Azərbaycana qayıtmaq istəyən soydaşlarımız günlərdir Dağıstanla sərhəddə qalıblar. Onların arasında məlum hadisələrlə bağlı Rusiyanı tərk etmək istəyənlər də var. Quru yolla Dağıstana qədər gəlib çatan həmvətənlərimiz hələ də sərhəddən Azərbaycan tərəfə buraxılmayıblar. Onlar günlərdir meşədə və çadırlarda yaşadıqlarını deyirlər. Havaların qarlı keçməsi onların vəziyyətini xeyli çətinləşdirib. Üstəlik, qida çatışmazlığının olduğunu da bildirirlər. Onlara dəfələrlə Azərbaycana buraxılacağı deyilsə də, bu, hələ ki reallaşmayıb. İndi soydaşlarımız aidiyyəti qurumlardan kömək istəyirlər. Onlar ən qısa zamanda sərhəddən buraxılacaqlarına ümid edirlər.
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO












