Daha bir bazarda gərginlik artır – Bu yağların qiyməti yüksəldi

Qida məqsədilə dünyada ən çox istifadə edilən yağlardan olan palma və soya yağı İndoneziyanın ixracı məhdudlaşdırması ilə bahalaşır.
Avtosfer.az xəbər verir ki, məhdudiyyətdən sonra soya və palma yağının qiymətləri ən yüksək həddə çatıb. Palma yağının qiyməti 10 faiz artaraq tonu 1687 dollara olub. Bu, 2001-ci ildən bəri ən yüksək qiymətdir. Ümumilikdə, bu il palma yağının qiyməti 50 faizdən çox artıb. Çikaqoda soya yağının qiyməti də rekord həddə yüksəlib. Soya yağında ilin əvvəlindən qeydə alınan artım 20 faizə çatıb. Qida məqsədilə istifadə edilən yağların bahalaşması Ukrayna-Rusiya müharibəsi ilə əlaqələndirilir. Müharibə Ukraynadan günəbaxan yağının ixracını çətinləşdirir. Mütəxəssislər qeyd edirlər ki, ən böyük günəbaxan istehsalçılarından biri olan Ukrayna bu il biçin mövsümünü buraxarsa, yağ bazarında vəziyyət daha da pisləşə bilər. Dünyada günəbaxan yağı ixracının təxminən 80 faizi Rusiya və Ukraynanın payına düşür.
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...












