Daha bir piyada keçidi uçdu - FOTOLAR

Bakının Bayıl qəsəbəsində Su İdman Sarayının yaxınlığında tikilən piyada keçidi uçub. “Yeni Müsavat”ın məlumatına görə, dənizə yaxın ərazidə qurunt suları piyada keçidinin çökməsinə səbəb olub. Tikilən yeni keçidin bir hissəsi uçub. Tikinti işlərini həyata keçirən Cənubi Koreya şirkəti piyada keçidinin tamamilə uçurulmasına qərar verib. İyunun 5-də keçid ağır texnikanın köməyi ilə tamamilə uçurulub. Ərazini qurunt suları basıb. Hazırda tikinti işlərinə mane olan qurunt sularının çəkilməsi istiqamətində iş aparılır. Qeyd edək ki, uçan keçidin uzunluğu 100 metr, eni 8 metr, hündürlüyü isə 4 metr olub.
Məlumat üçün bildirək ki, Su İdman Sarayının tikintisi ilə bağlı bu ərazidəki yol genişləndirilir. Burada eyni zamanda yeni yol bağlantılarının və bir neçə piyada keçidinin tikintisi aparılır.
Ümumilikdə həmin ərazidə 5 yol bağlantısının inşası həyata keçirilir. Onların nluğu 5711 metr təşkil edəcək. Bağlantılardan biri 3 zolaqlı, biri 6 zolaqlı, qalan üçü isə 4 zolaqlı olacaq.
Yeni yaradılacaq bağlantılardan 3-nün vasitəsilə Su İdman Sarayına giriş və çıxış mümkün olacaq. Su İdman Sarayı 2015-ci ildə Avropa ölkələri arasında ilk dəfə Bakıda təşkil olunacaq yay oyunlarına görə tikilir. Onun layihələndirilməsini və tikintisini Cənubi Koreyanın “Securo CO.LTD” şirkəti həyata keçirir.
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO















