Daxili İşlər Nazirliyi və BPİ yol polisinin həbsini təkzib edir

Daxili İşlər Nazirliyi və Bakı şəhər Baş Polis İdarəsi Nəsimi rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi (DYPŞ) əməkdaşının rüşvət üstündə həbs olunması barədə xəbəri təkzib edib. Nazirliyin mətbuat xidmətinin əməkdaşı Orxan Mansurzadə Avtosfer.az-a bildirib ki, Nəsimi rayon Dövlət Yol Polisi Şöbəsində Rəşad Quliyev adlı əməkdaş yoxdur: "Söhbət Rəşad Nağıyevdən gedirsə, o hazırda işinin başındadır: «Həmin şöbədən kiminsə həbs olunması barədə xəbərlər doğru deyil. Bu xəbərin heç bir əsası yoxdur. Rəşad Nağıyev hazırda xidmətdədir».
BPİ-dən Avtosfer.az saytına verilən məlumata görə, DYPŞ-nin inspektoru Rəşad Quliyev vəzifə səlahiyyətlərini aşaraq rüşvət alarkən «iş başında» yaxalanması xəbəri yalandır: «Belə bir fakt qeydə alınmayıb. Yayılan məlumatların heç bir əsası yoxdur. Həmin məsələ ilə bağlı araşdırma aparıldı və qeyd olunan şəxsin həbsinə dair informasiya təsdiqini tapmadı. Nəsimi DYPŞ-də Rəşad Quliyev adli işçi yoxdur».
Qeyd edək ki, Avtosfer.az saytı hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən Rəşadən Quliyevin Korrupsiyaya Qarşı Mübarizə İdarəsi və Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat nəticəsində həbs olunduğu barədə məlumat yayımışdı. Bildirilir ki, Rəşad Quliyev avtoxuliqanlıq əməlinə görə Nəsimi rayon DYPŞ-nin rəisi Taləddin Axundov tərəfindən saxlanılan sürücüdən 500 manat rüşvət istəyib. Sürücü bu barədə hüquq-mühafizə orqanlarına məlumat verib və əməliyyat planı hazırlanıb. Əməliyyat nəticəsində R.Quliyev həmin sürücüdən rüşvət alarkən iş otağında həbs olunub.
Məlumata görə, Rəşad Quliyev uzun illərdir Nəsimi rayon DYPŞ-də çalışır və şöbə rəisi Taləddin Axundovun yaxın adamı kimi tanınır. Bu yaxınlarda çavuş rütbəsindən leytenant rütbəsinə yüksələn Rəşad Quliyevin karyerası elə leytenant olaraq bitdi. Hazırda faktla bağlı araşdırma aparılır. Bildirilir ki, Rəşad Quliyev Nəsimi DYPŞ-də "Beko" ləqəbi ilə tanınır.
Elməddin
Vətəndaşların NƏZƏRİNƏ: Sabahdan "Nizami" və "28 May" stansiyaları arasında hərəkət dayandırılır
Yeni tikilən binanın lövhəsində “16 mərtəbə” yazılıb amma əlavə mərtəbə yaradılır? – Memardan İDDİA – FOTO
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Avtonom avtomobillər qəza riskini azaldacaq? – Ekspertdən AÇIQLAMA
Kommersiya qurumlarının sayı niyə artır? – İqtisadçı AÇIQLADI
Müəllimin maaşı şagirdin topladığı bala görə müəyyənləşdirilməlidirmi? – AÇIQLAMA
Dərnəgül deposunda işlər hansı mərhələdədir? – Ekspert AÇIQLADI - VİDEO
Naxçıvandan Pakistana qatarla getmək mümkün olacaq? – Detallar AÇIQLANDI
Qlobal ərzaq bahalaşması Azərbaycana necə təsir edəcək? – İqtisadçı AÇIQLADI
Radarların əsl məqsədi nədir? - Cərimələmək yoxsa sürücülərin təhlükəsizliyi?
Azərbaycanın xaricdəki qadın səfirləri - Onlar kimdir? - FOTO










