Daxili İşlər Nazirliyinin polkovniki dəhşətli qəzada öldü

Bakı şəhərinin Pirallahı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, avqustun 3-ü saat 17 radələrində Dübəndi qəsəbəsində Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinin əməkdaşı, polis polkovniki Allahverdiyev Fuad Ramiz oğlu idarə etdiyi "Mercedes" markalı avtomobillə ağır qəzaya düşüb. F.Allahverdiyevin idarə etdiyi avtomobil Pirallahı sakini, 1951-ci il təvəllüdlü Bayramqulu Ağayevin sürdüyü "Wolsfagen Passat"a daha sonra isə 1956-cı il təvəllüdlü Elşad Ağayevin idarə etdiyi "QAZ 21"ə çırpılıb. Nəticədə F.Allahverdiyev aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib. Onun 3 yaşlı oğlu Yusif isə ağır vəziyyətdə Nevrocərrahiyə xəstəxanasına yerləşdirilib. Bundan başqa ağır xəsarət alan B.Ağayev və iki sərnişini: 43 yaşlı Əlvan Məmmədov və 53 yaşlı Rasim Süleymanov 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ












