Daxili işlər orqanlarında icazə sisteminin təşkilinə dair Təlimata dəyişiklik edilib

Gündəm 25 Sentyabr 2020 14:55 Oxunub 916
Daxili işlər orqanlarında icazə sisteminin təşkilinə dair Təlimata dəyişiklik edilib
WhatsApp kanalımıza abunə ola bilərsiniz

“Azərbaycan Respublikasının daxili işlər orqanlarında icazə sisteminin təşkilinə dair Təlimat”a dəyişiklik edilib. 

Bu barədə Daxili İşlər Nazirliyinin Kollegiyası qərar verib. Dəyişiklik “müxtəlif növ möhür və ştampların hazırlanmasına” sözlərinin çıxarılması ilə bağlıdır.

Keçmiş təlimatda bildirilirdi ki, icazə sistemi ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində daxili işlər orqanlarının fəaliyyətinin əsas istiqamətlərindən biri olaraq xidməti və mülki silahın, döyüş sursatının dövriyyəsinə xüsusi icazənin, müxtəlif növ möhür və ştampların hazırlanmasına, özəl mühafizə fəaliyyətinin həyata keçirilməsinə xüsusi razılığın (lisenziyanın) verilməsi və onlara nəzarət edilməsi, çoxaldıcı rəngli qurğuların (kseroksların) qeydiyyatının aparılması, habelə göstərilən əşya və maddələrin itməsi, oğurlanması, təyinatından kənar istifadə hallarının qarşısının alınması üzrə həyata keçirilən tədbirlərdən ibarətdir.

youtu.be

Читать дальше

Yeni təlimata görə, icazə sistemi ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində daxili işlər orqanlarının fəaliyyətinin əsas istiqamətlərindən biri olaraq xidməti və mülki silahın, döyüş sursatının dövriyyəsinə xüsusi icazənin, özəl mühafizə fəaliyyətinin həyata keçirilməsinə xüsusi razılığın (lisenziyanın) verilməsi və onlara nəzarət edilməsi, çoxaldıcı rəngli qurğuların (kseroksların) qeydiyyatının aparılması, habelə göstərilən əşya və maddələrin itməsi, oğurlanması, təyinatından kənar istifadə hallarının qarşısının alınması üzrə həyata keçirilən tədbirlərdən ibarətdir.

Həmçinin təlimatda “müxtəlif növ möhür və ştampların hazırlanmasına xüsusi razılığın verilməsi” yarımbəndi; “müxtəlif növ möhür və ştampların hazırlanması ilə məşğul olan obyektlərin yoxlanması zamanı - onların fəaliyyət göstərməsinə xüsusi razılığın (lisenziyanın) olmasına, etibarlılıq müddətinə, tikililərin vəziyyətinə, mühafizə siqnalizasiyasının sazlığına xüsusi diqqət yetirilir” və “müxtəlif növ möhür və ştampların hazırlanması ilə əlaqədar fəaliyyətin həyata keçirilməsinə verilmiş xüsusi razılıq (lisenziya) qaydalarına riayət edilməsinin vəziyyətinə diqqət yetirilir” bəndləri, eyni zamanda, “möhürlərin və ştampların hazırlanmasına xüsusi razılıq (lisenziya) verilməsi” hissəsi ləğv edilib.

Eyni zamanda, icazə sistemini həyata keçirən ərazi polis orqanının hüquqlarına da dəyişiklik edilib. Əvvəlki təlimatda hüquqlar sırasında “xüsusi razılıq (lisenziya) olmadan müxtəlif növ möhür və ştamplar hazırlayan hüquqi və fiziki şəxslərin, özəl mühafizə müəssisələrinin, hüquqi şəxslərin mühafizə bölmələrinin fəaliyyəti ilə bağlı müəyyən olunmuş qaydada tədbirlər görmək” kimi qeyd edilmişdi.

Dəyişiklikdən sonra ərazi polis orqanının hüquqlarında həmin bənd – “xüsusi razılıq (lisenziya) olmadan fəaliyyət göstərən özəl mühafizə müəssisələrinin və hüquqi şəxslərin mühafizə bölmələrinin fəaliyyəti ilə bağlı müəyyən olunmuş qaydada tədbirlər görmək” kimi dəyişdirilib.

Bundan əlavə, Xüsusi razılıq (lisenziya) və xüsusi icazələrin verilməsi qaydasında əvvəlki təlimatda bildirilirdi ki, Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi tərəfindən müxtəlif növ möhür və ştampların hazırlanmasına xüsusi razılıq (lisenziya), qeyri-dövlət (özəl) mühafizə fəaliyyətinin həyata keçirilməsinə xüsusi razılıq üçün rəy, eləcə də aşağıdakı məsələlərə dair xüsusi icazə və şəhadətnamələr verilir. Dəyişiklikdən sonra isə qeyd edilib ki, Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi tərəfindən qeyri-dövlət (özəl) mühafizə fəaliyyətinin həyata keçirilməsinə xüsusi razılıq üçün rəy, eləcə də aşağıdakı məsələlərə dair xüsusi icazə və şəhadətnamələr verilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh